Filoloq-psixoloq Nərmin Nazimqızı: "Öz işimi çox sevirəm"

- Nərmin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən bu sahəyə anamın və məni hazırlayan müəllimin sayəsində gəldim. Pr.Qəzənfər.Kazımovun yetirməsiyəm. Nə yaxşı ki, bu peşəni seçmişəm. Öz işimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Qeyd edim ki, 10 il pedaqoji təcrübəmdə bir abituriyentim də kəsilməyib.
Bir də mən Heydər Əliyevin 90-ci il dönümünə həsr olunmuş konfransda iştirak etmişəm. C.Cabbarlının "Sevil" pyesi qadın azadlığının simvolu kimi 2-ci yerl laiq görülmüşəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Azərbaycan dili üzrə qaydaları, düstur versiyası da öyrədirəm. Öz sahəm üzrə kitab da çıxartmışam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Mənə bu sahə ilə yanaşı, psixologiya sahəsində disleksiya üzrə müraciət çoxalıb. Zəif abituriyenti sıfırdan öyrədirəm.
- Xarakter olaraq necə birisiniz?
- Mədəni, gülərüzlü, mehriban və ən əsası abituriyentlərimin qəlbinə yol tapan müəlliməm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Nəyi bilmirlərsə, onu ilk öncə axtarıb baxıb, sonra soruşub öyrənsinlər. Təqdiqatçılıq ən gözəl yöntəmdir.
Əlaqə nömrəsi: (077) 326 76 24