“CL Academy” nin rəhbəri, Riyaziyyat müəllimi Ülkər Novruzəliyeva: "Öz işimə sevgi ilə yanaşıram"

“CL Academy” nin rəhbəri, Riyaziyyat müəllimi Ülkər Novruzəliyeva: "Öz işimə sevgi ilə yanaşıram"
- Ülkər xanım, necə oldu ki, bu sahəyə gəlmək qərarına gəldiniz?
- Məktəb müəllimim sayəsində oldu, demək olar . Müəllim həqiqətən də insan həyatında böyük rol oynayırmış. Hər dəfə müəllimimi görəndə onun kimi savadlı, ən əsasıda şagirdlərin sevimli müəllimi kimi yadda qalmağımı istəmişəm. İnanıram ki, işimi bacarıram. Çünki, işimə sevgi ilə yanaşıram. Və böyük uğurlar qazanacağıma da inanıram.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- 6 ilə yaxındır ki, öz sahəm üzrə fəaliyyət göstərib, şagirdlərlə, abituriyentlərlə işləyirəm. Həmçinin “CL Academy” nin rəhbəriyəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Riyaziyyatla bağlı hal- hazırda qayda və misalların üstünlük təşkil etdiyi kitab üzərində işləyirəm. Şagirdlərin, abituriyentlərin qaydanı oxuduğu zaman əziyyət çəkməyəcəyi və fərqli misalları işləyərək öz biliklərini daha da formalaşacağı bir kitabın olması üçün çalışıram. Ümid edirəm ki, tez bir zamanda kitabı bitirəcəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Adətən, riyaziyyat müəllimi olduğum üçün fərdi və qrup üzrə dərslər üçün müraciət edirlər. Və bundan əlavə kurs rəhbəri olduğum üçün kursumuzda keçirilən “Onlayn tədrisin təşkili ilə bağlı müəllimlər üçün təcrübə proqramı”na müraciətlər hədsiz çoxdur. Bu proqramda biz müəllimlərə peşəkar şəkildə onlayn tədrisin təşkil olunması ilə bağlı təlimlər keçib, rəsmi sertifikatla qiymətləndiririk. Müraciətlərin sayını görəndə sevinirəm. Ona görə ki, müəllimlərin öz üzərində dayanmadan işləməsi qürurverici bir haldır.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Şagird müəllim münasibətində yersiz “səmimiyyətə” yox deyirəm. Münasibətdə “pərdə” hər zaman saxlanılmalıdır.
- Xarakter olaraq necə birisiniz?
- Heç bir şeyə “yox” deməyi bacarmayan, hərkəsi anlayışla qarşılayan, duyğusal, səmimi və gülərüz biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət yox, amma tövsiyyə edərdim ki, sevdiyiniz peşənin arxasıyca gedib, olmaq istədiyiniz yerdə olun. Sevmədiyiniz peşə sizə çox pul qazandırsa da, heç bir zaman sizi istədiyiniz mərtəbəyə gətirib çıxarmaz. İşinizdə uğur qazanmaq istəyirsinizsə, peşənizi sevməyiniz çox önəmlidir.
- Mən bu işi səçərkən ağlıma gəlməzdi ki,..
- Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Şagirdlərim tərəfindən bu qədər çox sevilərəm. Həqiqətən bu çox başqa və əvəzolunmaz bir hissdir. Onların sevgisini görəndə o zaman anlayırsan ki, doğru yerdəsən.
Əlaqə nömrəsi: (050) 826 02 06