Azərbaycanın ən gənc abituriyenti xarici universitetə qəbul oldu

- Anar bəy, əvvəlcə özünüz barədə məlumat verin, zəhmət olmasa.
- Mən Hüsizadə Anar Nəsimi oğlu. 2008-ci ilin Mart ayının 5-də Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə Mehdi Hüseynzadə adına 19 saylı Pilot məktəbin 1-ci sinfinə getmişəm. 2024-cü ildə Beynəlxalq Kembric məktəbi olan Bakı İstanbul liseyinin 11-ci sinfini bitirmişəm.
- Marağınız hansı fənlərdir?
- Marağım Komputer elmlərinə və Xarici dillərədir. Xarici dil üzrə bir sıra beynelxalq sertifikatlarım var.
- Siz ən gənc abituriyentsiniz. Bu barədə ne deyə bilərsiniz?
- Bəli, Azərbaycanın ən gənc abituriyenti olmağıma baxmayaraq, həmişə inkişafı xoşlayan və təhsilində yaxşı irəliləyən bir şagird olmuşam. Məndən yaşca böyük şagirdlərdən heç vaxt geri qalmamışam.
- Təhsilinizi niyə məhz xaricdə davam etdirmək istədiniz?
- Ümumiyyətlə, kəşf etməyi, gəzməyi çox sevirəm. Bir neçə xarici ölkələrdə olmuşam. Öz vətənim Azərbaycanı çox sevirəm. Və həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam. Amma təhsilimi xaricdə davam etdirmək istədim. Ən böyük arzum kompyuter mühəndisi olmaq idi və mən Vistula Universitetinin kompyuter mühəndisliyi fakültəsinə qəbul oldum. İnşallah, təhsilimi xaricdə davam etdirəcəyəm. Sonra gəlib vətənimdə hərbi xidmətə gedəcəyəm və vətənimə layiqli övlad olacağam. Mən fürsətdən istifadə edib ali məktəbə qəbul olmağımda əməyi keçən Bakı İstanbul liseyinin idarə heyətinə - Tural Abbasquluyevə, Səmayə Turabxanlıya, Aytac Sefiyəvaya, Gülnisə Məmmədzadəyə, Günay müəllimə, o cümlədən mənə dərs deyən bütün müəllimlərə, xüsusən də sinif rəhbərim olan, bizə ana olan Zülfiyyə Mirzəyevaya öz təşəkkürümü bildirirəm. O mənim həmişəlik "Zulu" anam olaraq qalacaq. Bəli, Bakı İstanbul liseyində müəllim-sagird münasibəti heç də ana-bala münasibətindən seçilmir.
ITTI BAKU (International TEFL Training Institute)-da Country Manager olan, uşaqlıdan mənə ingilis dilini sevdirən, mənə öz ailəm kimi əziz olan Afər İbrahimova təşəkkürümü bildirirəm. Buradan bildirmək istəyirəm ki, mən Afər müəllimi çox sevirəm. Ümumiyyətlə, bizim ailəmiz onu çox sevir.
- Siz bu yerə gələnə qədər hansı əziyyətlərdən keçmisiniz?
- Yaxşı sualdır. Mən məktəbə demək olar ki, çox kiçik yaşımda getmişəm və təbii ki, ona görə də on beş yaşım olanda on birinci sinfi bitirdim. Öz yaşından böyük uşaqlarla oxuduğuma görə onlardan uşaq xasiyyətimə görə seçilirdim. Uşaqlıqdan böyüklüyü keçid dövrü çox çetin oldu. Mənə elə gəlirdi ki, meni heç kim anlamır. Bu da menim üçün bir az çətin idi. İnanın ki, bu dövrdə mənə dəstək olan sinif rəhbərim Zülfiyyə Mirzəyevaya , anam Yeganə Bəkirovaya (Bakı İstanbul liseyinin ingilis bölməsində kafedra müdiri) və məktəbimizin psixoloqu Aysel Musayevaya dərin təşəkkürümü bildirirəm. Aysel Musayeva ilə söhbətimiz çox maraqlı oldu.
- Digər abituriyentlərə nə demək istərdiniz?
- Əziz abituriyentlər, oxumaq hər yaşda gözəldir. Mən bütün abituriyentlərə uğurlar arzu edirəm. Şansları açıq olsun. Hər kəsə uğurlar!