Təhsil məsələləri üzrə Ekspert Pərvin Əliyev: "Şagirdlərin inkişafına mane olan hər cür təcrübi və nəzəri məhdudiyyətləri qəbul etməməyə çalışıram"

- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan təhsil və öyrənmə prosesi məni heyran edib. Məktəb illərində müəllimlərimin mənə aşıladığı biliklər və verdikləri dəstək bu sahəyə olan marağımı artırdı. Universitetdə pedaqogika və təlim nəzəriyyələri üzrə təhsil alarkən, bu sahədə ciddi şəkildə çalışmaq qərarına gəldim.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq 8 ildən çoxdur ki, təhsil sahəsində fəal işləyirəm. Bu müddət ərzində müxtəlif səviyyələrdə və müxtəlif rollarda tədris fəaliyyəti, karyera planlaması ilə məşğul olmuşam.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Hazırda abituriyent və tələbələrə akademik məsləhətlərin verilməsi ilə məşğulam. Eyni zamanda, müxtəlif beynəlxalq təhsil layihələrində iştirak edirəm və konfranslarda məruzələr edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim tələbələrin, abituriyentlırun fərdi ehtiyaclarını nəzərə alaraq, onların potensiallarını maksimum dərəcədə ortaya çıxarmaqdır. Bunun üçün hər bir tələbəyə, şagirdə fərdi yanaşma tətbiq edirəm, öyrənmə mühiti yaradaraq onlara dəstək oluram və özümü daim təkmilləşdirərək yenilikləri tədrisə və karyera planlamasına tətbiq edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son dövrlərdə tələbələr və valideynlər əsasən akademik müvəffəqiyyətin artırılması, karyera planlaması və beynəlxalq təhsil imkanları ilə bağlı müraciət edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Təhsildə hər cür tənbəlliyə və qeyri-dürüstlüyə, xüsusilə də plagiat və saxtakarlıq hallarına "yox" deyirəm. Həmçinin, tələbələrin, şagirdlərin inkişafına mane olan hər cür təcrübi və nəzəri məhdudiyyətləri qəbul etməməyə çalışıram.
- Xarakter olaraq necə birisiniz?
- Akademik işimdə səbirli, metodik və sistemli yanaşma tətbiq edirəm. Eyni zamanda, anlayışlı və tələbələrimin fərdi inkişafını dəstəkləyən bir xarakterə sahibəm. Yeni biliklər öyrənməyə və bu bilikləri başqalarına çatdırmağa böyük marağım var.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm, bir övladım var. Ailə həyatım iş fəaliyyətimlə balanslı şəkildə davam edir və hər iki sahədə dəstəkləyici və məhsuldar bir mühit yaratmağa çalışıram.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər zaman öyrənməkdən və özünüzü inkişaf etdirməkdən vaz keçməyin. Kritiki düşüncə qabiliyyətinizi artırın, elmi metodları tətbiq edin və məqsədlərinizə doğru əzmlə irəliləyin. Eyni zamanda, cəmiyyətə faydalı olmağa çalışın və biliklərinizi paylaşmaqdan çəkinməyin.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,...Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, tələbələrin, şagirdlərin həyatında bu qədər böyük və mənalı təsir göstərə bilərəm. Onların akademik və şəxsi inkişaflarına şahid olmaq və onlara rəhbərlik etmək, bu sahədə işləməyin ən böyük mükafatıdır.
Əlaqə nömrəsi: (055) 221 97 33