Endokrinoloq Dr. Nəsibə İmaməliyeva: "Protokollara uyğun olmayan müalicə üsullarının əleyhinəyəm"

- Nəsibə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkimlik peşəsinə uşaqlıqdan həvəsim olub.Heç bir zaman bu arzumdan geri dönməmişəm.Nə yaxşı ki,həkim olmuşam.İnsanlığa fayda olan hər peşə gözəldir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Beş ildir ki, fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Endokrinologiya sahəsinin bütün bölümləri ilə məşgul oluram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ən çox Şəkərli diabet tip 2 və Tiroid vəzi (Zob) xəstəlikləri bağlı müraciətlər çox olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Cəmiyyətimizin protokollara uyğun olmayan müalicə yöntəmlərinə üstünlük vermələrinin əleyhinəyəm.Təəssüf hissi ilə bildirmək istəyirəm ki ,günü-gündən artan tendensiya ilə gedir.
- Xarakter olaraq necə birisiniz?
- Emosional insanam. Düzgünlük həyatda əsas devizimdir.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara əsas məsləhətim sağlamlıqlarının qeydinə qalmaq,eyni zamanda türkəçarələrə inanıb əsas müalicələrini geciktirməməkdir. ”Ot”şəkərimi salacaq deyib koma vəziyyətinə düşəcək kifayət qədər pasiyent toplusu var. Həkiminizi düzgün seçin ki, yalnış müalicə almayasınız.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mənə bu qədər insanlar sağlığını etibar edəcək və mən çoxlu dua eşidəcəyəm.
Əlaqə nömrəsi: (070) 684 87 97
Instagram: dr.nesibe_imameliyeva