Pediatr, uşaq inkişaf mütəxəssisi Təranə Kazımova inkişaf dəyərləndirmə testindən danışdı
![](https://adekvat.az/uploads/posts/2024-07/1721858850_whatsapp-mage-2024-07-23-at-15.48.45.jpeg)
- Təranə xanım, uşaqlar niyə inkişaf dəyərləndirilməsi testindən keçirilməlidir?
- Birinci nüans budur ki, valideyn, yaxud da həkim uşaqda inkişaf geriliyindən şübhələnirsə, onda inkişaf dəyərləndirmə testinə gəlmir. Normal doğulan uşaqlar üçün bir növ diaqnostikadır bu. Amma daha çox risk qrupunda olan uşaqlar üçün bu testləri edirik. Bu testlər uşağın altı aylığından başlayaraq on səkkiz yaşına qədər davam edə bilər. Hətta üç yaşından sonra zəka testi, diqqət testi, məktəbəqədər hazırlıq testlərini də etmek olur. Amma inkişaf testinin əsas önəmi odur ki, uşağın normal doğum vaxtından yaşıdları ilə müqayisədə inkişafının necə getdiyi ortaya çıxır. Qeyd edim ki, bu testlər dünya standartlarına uyğundur. Uşaqda hər hansı bir problem aşkarladıqda erkən müdaxilə edirik və problemi aradan qaldırırıq.
- Bu testlər uşaqlara hansı cəhətdən xeyirlidir?
- Hər bir cəhətdən xeyirlidir. Mütləq deyil ki, valideyn uşaqda hansı hər hansı bir problemin olmasından şübhələnsin. Mənə daha çox 0-1 yaş aralığında olan uşaqların valideynləri müraciət edirlər. Çünki problemlər ən çox o yaşda olur. Ən gec isə beş yaşında gətirirlər. Ümumiyyətlə, normal uşaqlarla ildə iki dəfə, problemli uşaqlara isə hər üç aydan bir bu testlər keçirilməlidir. Diaqnoz qoyulduğu halda isə, hər ay etmək vacib olur.
- İnkişaf dəyərləndirilməsi necə olur?
- Bu dəyərləndirmə valideynin müraciəti ilə başlayır. Bu da iki halda olur. Ya həkim bizə yönləndirir, ya da valideyn özü nədənsə şübhələnir. Biz ilk öncə uşaqdan anamniz toplayırıq. Əgər hər şey normaldırsa, onda testlərə başlayırıq. Bu da minimum 15, maksimum isə 1 saata yaxın çəkir.
- Bu testlərə hansı yaş qrupuna aid uşaqlar cəlb edilir?
- Xüsusən erkən uşaqlıq dövründə olan uşaqlar cəlb edilirlər. Bu da 0-8 yaşı əhatə edir. Bu da özlüyündə 0-4 və 0-8 yaş qrupuna bölünür. Ən erkən müdaxilə 0-4 yaşda olur. Mən hətta 0-2 yaşda olan uşaqları daha da onəmsiyirəm. Çünki bu dövrdə hər hansı bir problem aşkarlansa da, çox tez də həll etmək olur. Ümumiyyətlə, in səkkiz yaşa qədər olan hər bir uşaq üçün bu testlər keçərlidir.
- Sonda bu mövzu ilə əlaqədar nə demek istərdiniz?
- Valideynlər onları bizə kimlərinsə yönləndirməsini gözləməsinlər. Bir daha vurğulamaq istərdim ki, erkən aylardan uşaqlarını inkişaf dəyərləndirmə testlərinə gətirsinlər. Yubanmasınlar. Bu dəyərləndirmə uşaqdan götürülən digər analizlər kimi çox önəmlidir. Çünki biz bu testlər sayəsində uşaqda olan problemləri erkən aşkarlayıb müdaxilə edə bilirik. Nəticələrimiz də gözəl olur.
Əlaqə nömrəsi: (055) 829 00 13