autizm mütəxəssisi Arzu Bağırlı: "Ailələrin böyük sevincinə səbəb olacağım ağlıma gəlməzdi"

"Ailələrin böyük sevincinə səbəb olacağım ağlıma gəlməzdi"
- Arzu xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim uşaqlıqdan psixologiyaya marağım olub. Arzum müəllim olmaq olub. Ona görə də bu sahəyə gəldim. Nə yaxşı ki, bu sahədəyəm. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq yeddi ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- ABA terapiya ilə məşğul oluram. Bildiyiniz kimi, ABA terapiya yəni tətbiqi davranış analizi autizm spektr pozuntusu olan uşaqlarla işləmək üçün elmdə yegənə təsdiq olunmuş metodlardan biridir. Bundan başqa isə digər diaqnozlu uşaqlarla psixopedaqoji təlimlər keçirəm. Əsasən autizmli, nitq və əqli geriliyi olan və pedaqoji baxımsız uşaqlara çalışıram.
- Hansı yaş qrupuna aid uşaqlarla çalışırsınız?
- On səkkiz yaşa qədər olan bütün uşaqlarla çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox autizimlə bağlı müraciətlər olur. Son zamanlarda autizmli uşaqların sayı çoxalıb.
- İş prinsipiniz nədən ibarətdir?
- Əsas iş prinsipim hər uşağa fərdi yanaşmaq, valideynlərinin və uşağın özünün həyatını asanlaşdırmağa yönəlmiş proqramlar qurmaqdır.
- Nəticələrinizi neçə müddətdən sonra əldə edirsiniz?
- Adətən iki həftə ərzində qoyduğumuz məqsədə çatırıq, 2-3 gün ərzində isə uşağın adaptasiyasının tamamlanmasını əldə edirik. Əlbəttə ki, bu hər uşaqda fərqli olur.
- Xarakter olaraq necə birisiniz?
- Pozitiv, gülərüz, punktual və mehriban biriyəm. Uşaqlarla nəinki dərslərdə, günlük həyatımda belə çox tez dil tapıb onların aləminə daxil ola bilirəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, övladları ilə daha çox vaxt keçirsinlər. Onları telefondan, kompüterdən uzaq saxlasınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər çox uşaqların danışmasına, ilk sözlərini mənimlə birgə deməsinə və beləliklə, ailələrin böyük sevincinə səbəb olacağam.
Əlaqə nömrəsi: (070) 341 60 10
Instagram: autizmpedaqoqu_arzu