Nutrisioloq Nərmin Şamilova: "Sağlam qidalanan insan enerjili olur"

- Nərmin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- 2010-cu ildi oğlum qatı qidaya keçid edərkən qidaları araşdırmağa başladım. Bir neçə qida jurnalı aldım, oxudum. Beləliklə, sağlam qidalanmağa olan marağım artdı. Uşaqlıqda qidalara qarşı çox seçici biri olmuşam. Oğlumun sayəsində sağlam qidlanamağı həm sevdim, həm də ətrafımdakılara məsləhətlər verməyə başladım.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim insanlara sağlam qidalanmağı aşılamaq və onlara sağlam qidalanmağın həyatımızın bir parçası olduğunu izah etməkdən ibarətdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mütəmadi olaraq kurslara qoşuluram, kitablar oxuyuram və s. Qarşıda hələ bir çox planım var. İnşallah, onları da reallaşdıraram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox onkoloji xəstələr, şəkər xəstələri və özbaşına arıqlayıb əzələ itkisi yaşayan insanlar müraciət edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Paketli qidalara birmənalı olaraq "yox", deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Mülayim bir insanam. Amma işimdə tələbkaram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir oğlum, iki qızım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görərdim ki, sağlamlıqlarının qeydinə qalsınlar. Sağlamlıq ən gözəl nemətdir. Allahın bizə əmanətdir. İdmanla, fiziki işlə məşğul olsunlar. Qidalanmaqlarına fikir versinlər. Sağlam qidalanmanı heç də baha hesab etməsinlər. Düzgün, sağlam qidalanan insan enerjili olur. Sağlam qidalanmaqdan heç vaxt qorxmasınlar. Çünki sağlam bədəndə sağlam ruh olar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, sağlam qida insan xarakterinə, bütün vücuduna, həyatına, yaşamın, ətrafdakı insanlara necə müsbət təsir edə bilər. Yəni ki, sağlam qidanın gücünü bir daha anladım və əmin oldum.
Əlaqə nömrəsi: (055) 894 19 01
Instagram :nutrisioloq_samilova_nermin