Yaşam koçu və enerji terapist Türkay Hüseynli: "İnsanlarda özümə qarşı bu qədər sevgi və inam yaradacağım ağlıma gəlməzdi"

- Türkay xanım, necə oldu ki, bu sahəyə gəlmək qərarına gəldiniz?
- Uşaqlıqdan bu enerjilər məndə olub. Bəzi şeyləri öncədən bilmək, hiss etmək, bir uşaq üçün qorxuducu idi. Buna görə də hislərimə blokaj qoydum. Özümü tanıyandan insanlara yardım etmək istəyim çox idi. Əlimdə enerji olduğuna görə, narahatçılığı olan insanlara toxunma refleksim var idi. Bu da yaxınlarımda rahatçılıq hissi yaradırdı. Ali təhsilli mühasibəm. Amma öz peşəmə çox marağım olmayıb.
2020-ci ildə bu enerjilər məndə daha çox güclənməyə başladı. Və özümü bu sahədə təlimlər alarkən gördüm.
- Artıq neçə ildir ki bu sahədə çalışırsınız?
- Artıq 5-ci ilə keçib ki, spiritualizm sahəsində fəaliyyət göstərib, təlimlər verirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Avstriya/Vyana, Sigmund Freud adına Psixoanaliz Universiteti tərəfindən keçirilən təlimdə Beynəlxalq spiritual koç sertifikatı almışam. Eyni zamanda numerologiya, matrisa, reqressiya, münasibət koçu, nəsil terapisti, Mələk seansı, ailə dizimi mütəxəssisi, kristal bioenerji , USUİ Reiki, Kundalini reiki, 200- dən çox enerjinin masteri və qeyd etmədiyim bir çox təlimlər üzrə seanslar edib, təlim keçirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət olunur?
- Artıq oyanış dövrü olduğundan , bir çox insan numeroloji analiz üçün müraciət edib, öz potensialını anlayıb, karmalarını, sınaqlarını öyrənirlər.
Reqressiya seansları ilə kök inanclarını dəyişdirib, həyatında müsbət dəyişimlər əldə etmək üçün müraciətlər olur.
Eyni zamanda münasibətlərində şəfalanmalar üçün də müraciət edən insanların sayı olduqca çoxdur. Bu sahəni öyrənmək , tətbiq etmək üçün də təlimlərimə qoşulanların sayı artmaqdadır.
- Bir mütəxəssis olaraq nəyə yox deyirsiniz?
- İnsanların enerji sahəsinə daxil olub, enerjisini çəkməyə , həyatlarına müdaxilə edib, karma qazanmağa qəti şəkildə yox deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Yardım etməyi sevən, etdikcə bundan daha da xoşbəxt olan biriyəm. Məsuliyyətli, mükəmməliyyətçi və sözünün arxasında duran insanam.
- Ailəlisinizmi?
-Bəli.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bu dövr aydınlanma dövrü olsa da, qara qüvvələrin daha çox fəaliyyətdə olduğu dövrdür. Buna görə də frekansınızı daim yüksəkdə saxlamalısınız. Özünüzü enerji vampirlərindən qoruyun. Karmalarınızı, sınaqlarınızı öyrənib, mübarizə aparın. Çünki karma və sınaqlarınızın fərqində olmaq, sizi onlara qarşı daha da güclü edəcək.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu sahə məni bu dərəcədə içinə alacaq. Daim axtarışda olub, öyrənib, öyrədib, insanların həyatına işıq olacam. İnsanların problemlərini aradan qaldırmağa yardımçı olub, onlarda özümə qarşı bu qədər sevgi və güvən yaradacam.
Əlaqə nömrəsi: (051) 513 78 71