Pedaqoq və təlimçi Aruzu Məmmədova: "Hər bir uğurlu peşənin arxasında təhsil dayanır"

- Aruzu xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Orta məktəb yaşlarından ingilis dilinə həvəsim olduğunu hiss edirdim. İlk təhsilim ibtidai sinif müəllimliyi olsa da, ikinci təhsilimi sevdiyim sahə üzrə tamamladım.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Ali təhsilimi 2009-cu ildə tamamladıqdan sonra, bir müddət dil bacarığımın üzərində işləyərək fəaliyyətə başladım və artıq 14 ildir ki bu sahədəyəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
-Təhsil aldığım illərdə çox böyük vəsait əksikliyini hiss edirdim - Dil biliyi, metodika sahəsində metodiki vəsaitlərin çatışmamazlığı. Bu boşluğu doldurmaq qərarına gəldim və kitab formasında metodik dərsliklər yazmaq qərarına gəldim.
- Mərkəzinizdə hansı xidmətlər göstərilir?
- İngilis dili, Rus dili, Art, Dizayn və Ofis proqramları, həftə sonları Online və ya Offline formada Conversation Klublar.
- Hansı yaş qrupuna aid uşaqlarla çalışırsınız?
-İstənilən yaş qrupları ilə. Tədrisimiz əsasən 4-5 yaşdan başlayır.
- Üstünlüyünüz və fərqliliyiniz nədir?
- Tədris zamanı yeni formalaşdırdığım, digər müəllimlərin də yararlana biləcəyi və kitab halına saldığım xüsusi metodikadan istifadə etməyimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Öz sahələrində peşəkar olan ixtisas sahibləri, sahələrinə uyğun ümumi və terminaloji İngilis dili üzrə müraciət edirlər. Xüsusi ilə də Həkimlərimiz (tibbi ingilis dili), Müəllimlərimiz isə metodika üzrə.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Hər uğurlu peşənin arxasında təhsil olduğu üçün daimi inkişafda olmaq mütləqdir. Mənim biliyim kifayət edər deyib eyni səviyyədə illərlə qalmaq olmaz.
- Bizdə olan məlumata görə, siz öz sahəniz üzrə bir kitab müəllifisiniz. Kitablarınız hansı yaş qruplarına aiddir?
1. Merry English Book (3-6 years old) (İngilis-Azərbaycan), (İngilis- Rus) dillərində
2. Prepositions and Phrases kitabı (with definitions) (Müəllim və yuxarı sinif şagirdlər üçün)
3. Hazırda isə My Merry English Book (müxtəlif seriyaları üzərində işləyirəm)
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, digər Müəllimlərə bu günki gündə böyük motivasiya olacam.
- Xarakter olaraq necə birisiniz?
- Tələbkar və nəticəyə fokuslanan biri
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Eyni nöqtədə, eyni mövqeydə qalmamaq, oxumaq, öz üzərinizdə işləmək və inkişafa meyilli olmaq.
Əlaqə nömrəsi: (051) 789 78 87