Daxili xəstəliklər üzrə həkim mütəxəssis-terapevt Gülçin Quluzadə: "Vaxtında olunana müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"

- Gülçin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq uşaqlıq arzum olub. Böyüyəndə kim olacaqsan sualına həkim olacağam, özü də uşaq həkimi deyə cavab verərdim. Belə də oldu. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil oldum. Altı ilin tamamında Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə institutunda rezidentura təhsilimi terapiya ixtisası üzrə davam etmək qərarına gəldim. Düşündüm ki, böyüklərin də sağlamlıqlarına qovuşmağında köməkçi olmalıyam.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq doqquz ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən bir nöqtədə qalmağı sevmirəm. Çalışıram ki, öz sahəm üzrə bacardığım qədər irəli gedim və uğurlar qazanım. Bir çox seminarlarda və təlimlərdə iştirak edirəm. 2022-ci ildə Türkiyənin İzmir şəhərində "Ege" universiteti xəstəxanasında qastroenterologiya və hepatologiya üzrə kurs praktikada olmuşam. Bu cür praktikaların davamını özümə arzulayıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Mən daxili xəstəliklər üzrə həkim mütəxəssis, tərapevtəm. Pasiyentlərimin bununla bağlı hər sahədə mənə müraciətləri olur. Çalışıram ki, onları özüm müalicə edim və ya yönləndirim. Lakin son zamanlar pasiyentlərin dəyişən iqlim şəraiti ilə əlaqədar tənəffüs sistemi xəstəlikləri, sosial mühit, rejimsiz qidalanma ilə əlaqədar isə həzm sistemi, ürək-qan damar sistemi kimi xəstəliklərin sayı artıb.
- Bir həkim olaraq nəyin əleyhinəsiniz?
- Pasiyentlərin həkim məsləhəti olmadan dərman qəbul etmələklərinin əleyhinəyəm. Qeyd edim ki, bu kimi hallar xəstəliklərin daha da ağırlaşmasına gətirib çıxardır. Çünki hər orqanizm fərqlidir. Hər bir dərman qəbulu fərdi xarakter daşıyır.
- Xarakter olaraq necə birisiniz?
- Təmkinli və sakit biriyəm. Eyni zamanda, əyləncəli tərəflərim da vardır.
- Oxuculara nə məsləhət görürsünüz.
- Səhhətlərində cüzi bir dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etsinlər. Çünki vaxtında olunana müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu müqəddəs, çətin peşəni bu qədər sevəcəcəyəm və heç bir təmənna güdmədən pasiyentlərimin sağlamlıqlarına qovuşmaqlarına can yandırıb sevinəcəyəm.
Əlaqə nömrəsi: (070) 711 16 92