Pilates üzrə məşqçi Məryəm xanım: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"

- Məryəm xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən futbolla, üzgüçülüklə, hətta yeddi il akrobatika ilə məşğul olmuşam. Azərbaycan gənclər üzrə birinci dərəcəni almışam. Sonra zədələndiyim üçün idmanı buraxdım. Beləliklə, pilateslə məşğul olmağa başladım. Bu idman növünü çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bu iki il ərzində insanlara pozitiv enerji ötürməyi bacarmışam. İdman zamanı insanları problemlərdən uzaqlaşdırmağı bacarmışam və onların idmana ancaq arıqlamaq üçün bir vasitə kimi baxmamaqlarını təmin etmişəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox kifoz, bel yırtıqları və s.problemlərlə bağlı müraciətlər olur. Bu hallar uşaqlarda da müşahidə edilir.
- Pilates xanımların həyatında hansı rolu oynayır?
- Pilates xanımların əzələlərini möhkəmləndirməsi, onların sağlam həyat tərzi kecirtmələri üçün ən yaxşı idman növüdür.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir qrupda çox adamın olmasının əleyhinəyəm. Çox adam olanda, müəllim yaxşı nəzarət edə bilmir. Qrupda az adam olmalıdır və hər kəsə fərdi olaraq yanaşılmalıdır.
- Xarakter olaraq necə birisiniz?
- Pozitiv, dürüst, sadə və səmimi biriyəm.
- Ailəsinizimi?
- Xeyr, ailəli deyiləm. Dörd övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, pilates idman növünü dəyərləndirsinlər və peşəkar müəllimlərin dərslərinə qatılsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər uğur qazanaraq və dörd uşaq anası olaraq belə bir formada, istədiyim çəkidə, sağlamlıqda qala bilərəm.
Əlaqə nömrəsi: (051) 995 52 54
Instagram: meryam.pilates
Ünvan: Qara Qarayev prospekti, 32