Pedaqoq-təlimçi Ləman Talıbzadə: "İş prinsipim hər kəsə qarşı eynidir"

- Ləman xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Məktəb vaxtı mənim ən sevimli fənlərim rus dili və ədəbiyyatı idi . Həm onları keçən müəlliməni çox istəyirdim, həm də həmin fənləri. Elə o vaxtdan arzum rus dili müəllimi olmaq idi. Arzuma çatdım. 2007-cil ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsinə daxil oldum və 2011-ci ildə oranı bitirdim. Sonra isə bağçaya tərbiyəçı-müəllim kimi işə qəbul olundum. Daha sonra isə öz evimdə tələbələr qəbul etməyə başladım.
- Necə ildir ki, bu sahədəsiniz?
- On altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Əslində mən tələbə olarkən artıq öz şagirdlərim var idi, dərs keçirdim. Sonralar bu məndə daha böyük həvəs yaratdı.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bir çox şeylər edirəm. Mən öz üzərimdə çox işləyirəm, çalışıram ki, yeniliklərə imza atım. Tez-tez maraqlı təlimlərə qoşuluram. Bir neçə sertifikat almışam. Hələ çox işlər irəlidədir. Tam istədiyim kimi deyil. Amma mən buna doğru gedirəm.
- Hansı yaş qrupuna aid uşaqlarla işləyirsiniz?
- Mən 3 yaş və ondan yuxarı uşaqlarla işləyirəm. Amma lap əvvəl 2 yaşdan etibarən usaqlar qəbul edirdim. Həm uşaqları, həm də böyükləri (xanımları) qəbul edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim iş pirinsipim hər kəsə qarşı eynidir. Hər bir uşağa mənim öz yanaşmam var, individual qayğı. Sadəcə olaraq öz dərsimdə mən və tələbə bir-birimizi anlamalıyıq. Anlaşma olandan sonra bütün problemlər öz həllini tapır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda məktəblilərin valideynləri öz uşaqlarına görə daha çox narahat olur. O da bilirsiniz nəyin narahatçılığıdır? İl boyu ksq, monitoqirnq zəif yazırlar, pis qiymətlər alırlar. Ona görə də valideynlər təşvişə düşürlər. İl bitir, onlar isə müəllim axtarışında olurlar.
- Xarakter olaraq necə birisiniz?
- Səbrsiz, sakit və mehriban biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir qızım, bir oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görərdim ki, öz məqsədlərinə çatsınlar, istəklərinə nail olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən nələri əldə edəcəyəm, kimlərlə tanış olacağam. Bu sahədə işləyə-işləyə çox gözəl insanlar tanıdım.
Əlaqə nömrəsi: (055) 514 69 16