Alternativ psixoloq, Yaşam koçu Cəmilə Yaşarqızı valideyn-uşaq münasibətlərindən danışdı

- Cəmilə xanım, valideyn-uşaq münasibəti dedikdə nə başa düşülür?
- Uşaq və valideyin arasındakı münasibət dedikdə- ən güclü, güvənilir, saf, heç bir münasibətlə əvəz olunmayan, sonsuz sevgi dolu bir bağ düşünürəm.
- Münasibətlər necə tənzimlənməlidir?
- Münasibətləri tənzimləmək üçün ilk növbədə uşaqların yaşına uyğun qaydalar qoyub tutarlı olmalıyıq. Uşaqların etdiyi səhvlər zamanı aşırı sərt reaksiya verib, danlayıb, cəza vermək yerinə onları sakitcə sona qədər dinləməliyik. Uşağa nə olur olsun onun yanında olacağımıza, ona inandığımza dair cümlələr qurub, yaşadığı çətinliyi, etdiyi səhvi bilərək etmədiyinin fərqinə vardığımızı hiss etdirməliyik. Bu münasibətdən sonra, uşaqla aramızdakı güvən bağını qurduqdan sonra verəcəyimiz məsləhətlər öz nəticəsini görəcək.
- Bu məsələdə daha çox nəyə diqqət edilməlidir?
- Bu məsələdə daha çox övladımızın 1-7 yaş arası şüur altının formalaşdığı, onların inanclarının yarandığı, nümunə götürüb, daha çox sevgi və qayğıya ehtiyacı olduğu dönəmdə onların hər an yanında olub, sevgi dolu zaman ayırmalı, oyunlar oynamalıyıq ki, yeniyetmə yaşına çatarkən belə artıq yaşadıqlarını bizimlə paylaşmağa, zaman keçirtməyə vərdiş halı alsınlar.
- Son zamanlarda uşaqlarla valideynlər arasında hansı anlaşılmazlıqlar müşahidə edirsiniz?
- Son zamanlarda ən çox anlaşılmazlıq hər iki tərəf bir birini anlaya bilmədiyindən, düşüncə tərzlərinin üst üstə düşməməsindən şikayətlənirlər. Düşünürəm ki, buna səbəb valideyinlərin uşaqlarla az zaman keçirtməsi səbəb olur.
- Sonda bu mövzu ilə bağlı nə demək istərdiniz?
- Uşaqlarla münasibətlərimiz onların gələcək həyatlarında atdığı hər bir addımında özünü pis və ya yaxşı olaraq göstərir. Ona görədə, bu gün övladımızla birlikdə güvən, sevgi, empati, qayğı, anlamlı addımlar ataq ki, sabah o addımların çətinliyi altında qalmayaq. Nə qədər ki, valideyinlər övladının ruhi problemi olduğunu qəbul etməyəcək, bir o qədər də, cinayətlərin, təcavüzlərin sayı artacaq.
Çox təəssüflər olsunki, cəmiyyətdə insanların bir çoxu qüsurlu, ruhi xəstə olan uşaqlara elə yanaşır, arxasınca elə danışır ki, sanki bu pis hərəkətdi və ya əxlaqsızlıq edib. Bu yanaşma tərzi, baxış acısı bu tip problemi olan uşaqların valideyinlərinə istər istəməz psixoloji təsir edir. Qınaq obyektinə çevrilməsinlər deyə, sanki özləridə övladından utanıb onun problemini gizlətməyə çalışırlar. -" Ətrafdakılar bilər ki,uşağımın problemi var bizdən uzaq durar."; -" Qohum, tanışın yanında utanmaqdansa, gizlətmək yaxşıdı." və s. Bəzi hallarda isə ailələr övladının problemi olduğunu fərq etmir və ya qəbul etmirlər.O vaxta qədər ki, uşaq müəyyən yaşa çatanda ya intahar edir, ya da cinayətkara çevrilir.
Cəmiyyətə əlimizlə gələcəyin qatillərini hazırlamamaq üçün ilk növbədə fərqinə varmalıyıq ki, ruhi xəstə olan, qüsurlu olan övladlarımız əxlaqsız, tərbiyəsiz deyillər onlardan utanıb, gizlədib, müvəqqəti sakitləşdirici dərmanlarla evə qapamayaq. Onlar sadəcə hər hansısa bir problemlə dünyaya gəlib və ya sonradan bu xəstəlikləri qazanıblar. Problemin fərqinə vaxtında varıb, mütəxəssislərə müraciət edib, düzgün müalicə yöntəmini seçməliyik.
Onları müalicə etdirməməklə həm özümüzün, həm də onların gələcəyini məhv etmiş oluruq. Övladımızın problemi nə olur olsun, bütün dünya bizi qınaq obyektinə çevirsə belə biz onun yanında olub, dəstək olmalıyıq.
Bir uşağı uçurumdan çıxartmaq üçün ən güclü vasitə ana, atanın dəstəyi, qayğısı və sevgisidir.
Əlaqə nömrəsi: (050) 558 06 05
Instagram: dr_psixoloq_cemile_yasharqizi