Tərbiyəçı-müəllim Səbinə Məmmədova: "Hər bir uşaga individual yanaşmaq lazımdır"

- Səbinə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim bu sahəyə marağım hər zaman olub. Ona görə də bu işi seçdim. Bu işi sevə-sevə icra edirəm.
- Nəçə ildir ki, bu sahədəsiniz?
- Artıq bir ildir ki, "Mələklər" uşaq bağçasında tərbiyəçi-müəllim olaraq fəaliyyət göstərirəm.
- Öz sahənizə üzrə hansı işləri icra edirsiniz?
- Mən daha çox uşaqlara məktəbəqədər hazırlıq keçirəm. Onlara rəqəmləri, hərfləri, riyazi bilikləri və s. öyrədirəm.
- Uşaqlar daha çox nəyə maraq göstərirlər?
- Hər bir uşaq individualdır. Elə uşaq var ki, onun zehni güclüdür, eləsi var ki, öz istedadını əl qabiliyyətində göstərir və s.
-Fərqliliyiniz nədədir?
- Mən həm məktəbəqədər hazırlıq proqramları ilə, həm də kaspinin bizə verdiyi pqroramlar əsasında işləyirəm. Fərqliliyimiz bəlkə də budur.
- Hansı üsulla dərs keçməyə üstünlük verirsiniz?
- Biz uşaqlara oyunlar kəçərək, onları əyləndirərək öyrətməyə üstünlük veririk. Onda təhsil daha yaxşı olur və uşaqlar yorulmurlar.
Əlaqə nömrəsi: (051) 520 12 13