Tərbiyəçi-müəllim Mehriban Aslanova: "Müxtəlif üsullarla uşaqlarda dərsə həvəs yaradırıq"

- Mehriban xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ali məktəbi 1999-cu ildə Rusiya Federasiyasında bitirmişəm. Azərbaycana gəldikdən sonra diplomum təsdiq olunub. Müxtəlif müəssisələrdə müəllim kimi işləmişəm. Bir çox fəndən dərs demişəm. Əsas ixtisasım isə ibtidai metodikadır. Məktəblərdə bir müddət işlədikdən sonra bagçada işləmək qərarına gəldim. Hal-hazırda fəaliyyətimi "Mələklər" bağçasında sevərək davam etdirirəm.
- Nəçə ildir ki, bu sahədəsiniz?
- Artıq 25 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Son zamanlarda siz qane etməyən nədir?
- Ümumiyyətlə, son zamanlarda uşaqlar dərs oxumaq istəmirlər. Telefona maraq göstərirlər. Biz isə müxtəlif üsullarla onlarda həvəs yaratmağa çalışırıq. Bu işdə bağçanın rəhbəri Lamiyə xanım da bizə şərait yaradır. Fürsətdən istifadə edib ona da öz təşəkkürümü bildirirəm.
- Valideynlərə nə demək istəyirsiniz?
- Uşaqlara telefon verməsinlər. Onları təhsilə cəlb etsinlər. Cəmiyyət sağlam və faydalı övlad yetişdirmək üçün çalışsınlar.
Əlaqə nömrəsi: (051) 520 12 13