Tərbiyəçi-müəllim Fatma Abdullazadə: "Uşaqları əyləndirərək öyrətmək əsas iş prinsipimdir"

- Fatma xanım, neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- 1985-ci ildən etibarən bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən öz üzərimdə işləməyi xoşlayıram. Uşaqlara məktəbəqədər lazım olan bütün məlumatları onlara öyrədirik. Onların nitq, məntiq, fiziki və s. inkişafında əlimizdən gələni əsirgəmirik.
- O zamankı bağça təlim-tədrisi ilə indiki arasında fərq varmı?
- Ümumiyyətlə, o vaxtıkı valideynlər və uşaqlar ilə indikilər arasında çox böyük fərq var. Uşaqlara olar-olmazı bağçada tərbiyəçi müəllim aşılayır. İndiki valideynlər deyirlər ki, mənim uşağıma "olmaz" sözünü deməyin. Nə istəyirsə, onu da etsin. Amma belə halların qəti surətdə əleyhinəyəm.
- Özünüzə məxsus hansısa bir təlim metodunuz varmı?
- Ümumi götürsək, dövlətin qoyduğu standart proqramlar əsasında işləyirik. Amma özüm də yeniliklər edirəm. Məsələn, mənim məşğələmdə uşaqlar ən azı 20 dəqiqə oturmalıdırlar. Əvvəllər buna riayət etməyən uşaqları cəzalandırırdılar. Amma mən cəzalandırmıram. Onları əyləndirərək öyrədirəm. Yorulmağa qoymuram.
- Məhz "Mələklər" bağçasını seçməyinizin əsas səbəbi nədir?
- Bağçanın rəhbəri Lamiyə xanım bizim hər birimizə çox səmimidir və bizdə işləməyə daha da həvəs yaradır. Bu bağçanı seçdiyim üçün peşman deyiləm.
- Bir mütəxəssis olaraq sizi bu sahədə narahat edən nədir?
- Mən çox istərdim ki, hər bir tərbiyəçi müəllim öz üzərində işləsin və gələcəyə gözəl nəsil ötürsün.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, uşaqlarını bağçaya qoyarkən yaxşı araşdırsınlar və tərbiyəçi müəllimlərə güvənsinlər.
Əlaqə nömrəsi: (051) 520 12 13