Loqoped-defektoloq Sevinc Hüseynova loqopediydan danışdı

Dövrümüzdə ən geniş yayılmış və tələbatlı olan sahələrdən biri loqopediya sahəsidir. Loqopediya nitq problemlərini, onların həlli yollarını öyrənən bir elmdir. Loqopedlər istənilən yaşda olan şəxslərin nitq problemlərini həll edir, bununla yaxından məşğul olurlar. Nitqin formasına görə, şəxsin şəxsi xasiyyətlərinə görə dəyişir. Yəni ki, müraciət edən şəxsin şəxsi bacarıqları, keyfiyyətləri, şəxsi xarakteri bizim işimizdə mühüm rol oynayır. Loqopediya sahəsində nitqin daha səlis və aktiv olması üçün müxtəlif masajlar tətbiq edilir. Ağız aparatı su axma zamanı, boşluğu zamanı, yaxud da həddindən artıq bərk olduqda, aktiv olmadığı zamanlarda tətbiq edilir bu masajlar. Bundan başqa, müxtəlif səslərin və hərflərin tələffüz edilmədiyi hallarda xüsusi zondlar vasitəsilə icra edilir. Loqopedik masajları bəzən valideynlər evdə internetdən baxaraq edirlər. Bu da çox risklidir. Biz bu barədə saatlarla təlimlər keçirik. Loqopediyanın ən əsas öncəliyi insanların sağlamlığıdır. Səlis nitq səlis gələcək deməkdir.
Əlaqə nömrəsi: (077) 322 78 08
Instagram: @loqoped_sevinc_hüseynova._