Həkim-kosmetoloq Sahilə Kərimova: "Yaxşı kosmetoloq olmaq yaxşı tibb işçisi olmaqdan başlayır"

- Sahilə xanım, kosmetologiya dedikdə nə başa düşülür?
- Kosmetologiyanın elmi dildə açıqlamasına baxsaq, saç, dəri, dırnaq kimi problemli bölgələrin müalicə edildiyini görərik. Ancaq tibbin bu bölümündə sadəcə fiziki sağlamlığın deyil, psxioloji sağlamlığın da bərpa olunduğunu düşünürəm.
- Əvvəlki komsetologiya ilə indiki kosmetologiya arasında əsas fərq nədədir?
- Əvvəlki kosmetologiya ilə indiki kosmetologiyanın əsas fərqi odur ki, günümüzdə bilgilərə çatmaq daha əlçatımlıdır. Əvvəl isə bilgiyə çatmaq bir az məhdud olduğu üçün doğru bilinən yanlışları bizə aşılayardı. Tibb inkişaf etdikcə kosmetologiya üzrə biliklər də inkişaf edərək öz sözünü deyir.
- Yaxşı kosmetoloq olmaq üçün ilk növbədə nə lazımdır?
- Yaxşı kosmetoloq olmaq üçün hər şeydə olduğu kimi bilikli, təcrübəli və bildiklərini doğru icra etmək lazımdır. Hər zaman nəzərimizdə qarşımızdakının bir insan olduğu və etdiyimiz kiçicik bir yanlışın hansı fəsadlara yol açağını unutmaq olmaz. Onun üçün yaxşı kosmetoloq olmaq yaxşı tibb işçisi olmaqdan başlayır. Hər zaman diqqətli və təmkinli olmaq bu yolda yaxşı olmağa aparır.
- Kosmetoloqlar bu gün xanımların həyatında hansı rolu oynayırlar?
- Kosmetoloqlar hal-hazırkı zamanda xanımların həyatında bir çox rolu oyanıyır. Xanımların fitrəti gözəllik və incəlik olduğu üçün bunu hər yaşda qorumağa çalışır. Düzdür, günümüzdə bunu vulqarlaşdıraraq istifadə edən, modanın bizə dayatdığı qəliblər kimi istifadə edən xanımlarımız da az deyil. Amma bilmək lazımdır ki, dəb hər kəsin etdiyini etmək deyildir. Üz quruluşuna, öz zövqunə və ən əsası üz standartlarına uyğun olanı etməkdir. Çünki bizə müraciət edən xanımların əksəriyyəti kompleksli halda olan xanımlardır. Bu da onların həm psxiologiyasını, həm sosial ünsiyyətini, həm özgüvənini aradan aparır. Ətrafında da onu narahat edən komplekslərin haqqında basqı edən insanlar varsa, psixoloji sarsıntı qaçınılmazdır. Amma ilk növbədə, insan özünün hər halını sevməlidir. Çünki həyatımızda olan hər kompleksli halı kosmetologiya ilə aradan qaldırmaq mümkün deyildir. Bunu anlaya-anlaya komplekslərdən qurtulmaq və psxioloji narahatçılığı bitirmək daha asandır. Kiçikik kosmetoloji toxunuşlarla da özgüvən, sosiallaşma yerinə qayıdır. Unutmayaq ki, kosmetologiya hər zaman gözəlləşmək üçün deyildir. Həqiqətən buna ehtiyac duyan insanların həyatlarını dəyişmək üçün var olan bir tibb bölümüdür.
Əlaqə nömrəsi: (077) 209 13 14