Müəllim, biznes sahibi Henri Werren: "Şagirdlərimə qarşı səmimi olmaq əsas iş prinsipimdir"

- Henry müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən müəllim olmaq üçün Londonda müxtəlif proqramlar üzrə təhsil aldım. Orada dərs deməyə başladım. Sonra Azərbaycana gəldim və BP şirkətində müqavilə ilə işlədim. Daha sonra isə özəl məktəblərin birində və müxtəlif kurslarda dərs dedim. Ən sonda isə öz kursumu ərsəyə gətirdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimdə şagirdlərə qarşı səmimi olmaq əsas iş prinsipimdir.
- Şagirdlərin təhsil səviyyəsi sizi qane edirmi?
- Ümumi götürsək, yaxşı demək olar. Qeyd edim ki, məktəblərdə daha çox qramatikaya üstünlük verirlər. Lakin praktika çox vacibdir.
- Kursunuzda hansı yaş qrupuna aid tələbələr qəbul edirsiniz?
- Heç bir yaş məhdudiyyət yoxdur.
- Sizin kursunuzun digər kurslardan üstünlüyü nədir?
- Mən burada öz ana dilimi öyrədirəm. Məncə, ən böyük üstünlük də budur. Bundan başqa, biz tələbələrə düşünmək üçün yaxşı bir mühit yaradırıq. Bu da dili daha tez qavramağa və tətbiq etməyə zəmin yaradır.
- Şagirdlərə hansı vədləri verirsiniz?
- Şagirdlərin xarici universitetlərdə təhils almaqlarına kömək edirik. Onlara dili mükəmməl şəkildə öyrətmək üçün əlimizdən gələni əsirgəmirik.
- Dil öyrənərkən hansısa bir mərhələyə çatmaq üçün nə qədər zaman lazımdır.
- Bu, hər insana görə dəyişir. Hər kəsin qavrama qabiliyyəti fərqli olur.
- Ümumiyyətlə, dil öyrənmək üçün neçə yaşdan etibarən başlamaq lazımdır?
- Yaxşı olar ki, beş-altı yaşdan etibarən başlasınlar.
- Xarakter olaraq necə birisiniz?
- Pozitiv, səbirli və səmimi bir insanam. Hər bir insanla mehriban davranıram.
- Oxuculara nə məsləhət görürsünüz?
- Dil öyrənmək istəyənlərə demək istəyirəm ki, daha çox ünsiyyətdə olsunlar. Dili qulaqları ilə öyrənsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Azərbaycanda bu qədər qalacağım, bu işləri quracağım ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (050) 300 65 94