Kosmetoloq Ziba Tağıyeva: "Bu işi bu qədər çox sevəcəyim ağlıma gəlməzdi"

- Ziba xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən 2013-cü ildə şirkətlərin birində kosmetoloji və tibbi avadanlıqların satışı üzrə mütəxəssis olaraq çalışmağa başlamışam. Eyni zamanda, onların təlim və tədrisi ilə də məşgul olmuşam. Həmin zamandan etibarən bu sahəyə marağım artdı və kosmetoloq olmaq qərarına gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizə üzrə hansı işləri icra edirsiniz?
- Daha çox aparat kosmetologiyası, qismən isə ineksiyon kosmetologiya ilə məşğul oluram.
- İş prinsipiniz nədən ibarətdir?
- Yüngül toxunuşlarla xanımların gözəlliklərinə gözəllik qatmaq əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox gözəlləşmək və özlərinə oxşamamaq istəyirlər.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Mezo saplarla işləmirəm.
- Özünüz özünüzə hər hansı bir prosedur edirsinizmi?
- Xeyr, etmirəm.
- Sizcə, bir xanımı daha gözəl göstərən nədir?
- Məncə, xosbəxt gözləri...
- Kosmetoloji prosedurlara neçə yaşdan etibarən başlanılmalıdır?
- Baxımdan söhbət gedirsə, on səkkiz yaşdan etibarən olar. Amma ineksiyon prosedurlar 25 yaşdan etibarən edilsə, yaxşı olar.
- Xarakter olaraq necə birisiniz?
- Çox səbrli və təmkinli biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məncə, hər bir xanım işləməlidir. Çünki xanım nə qədər sosial biri olsa, övladları da cəmiyyətə bir o qədər xeyir verəcək.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir gün bu sahədə olaram və bu işi bu qədər çox sevərəm.
Əlaqə nömrəsi: (055) 852 85 58