Modelyer-rəssam Turana Masimova: "İşimi çox sevdiyim üçün yorulmuram"

- Turana xanım, siz həm də modelyer kimi fəaliyyət göstərirsiniz. Bu sahəyə marağınız haradan qaynaqlanır?
- Bəli, mən həm də modelyer kimi fəaliyyət göstərirəm. Bu sahəyə uşaqlıqdan marağım var. Xırda muncuqlardan əl işləri düzəltməkdən çox böyük zövq alıram.
- Bu sahə üzrə indi hansı işləri görürsünüz?
- Mən artıq 3 ildir ki, təbii daşlardan aksessuarlar hazırlayıram.
Bildiyiniz kimi, təbii daşların həm müalicəvi, həm də möcüzəli xüsusiyyətləri var. Balaca bir art atölyesi yaratmışam. Bütün aksesuarlar orada hazırlanır.
Əl işlərimin satışı online həyata keçirilir.
- Yaxşı modelyer olmaq üçün ilk növbədə nə lazımdır?
- Düşünürəm ki, yaxşı bir modelyer olmaq üçün, ilk növbədə, insan gərək hər şeyi beynində yaratmağı, təsvir etməyi bacarsın. Sonra isə onları gerçək həyatda yaratmalıdır.
- Siz rəsm müəllimi kimi də fəaliyyət göstərirsiniz. Hansı yaş qrupuna aid uşaqlarla dərs deyirsiniz?
- Rəsmə sevgim sonsuzdur və Rusiyada tanınmış rəssamın tələbəsi olmuşam. İndi isə 4 yaşdan başlayaraq bütün uşaqlara rəsm dərslərini keçirəm.
- Bu qədər işi bir arada necə çatdıra bilirsiniz?
- İşimi çox sevdiyim üçün heç yorulmuram və demək olar ki boş vaxtım olmur. Əgər insan öz işini sevirsə, hər şeyi vaxtı-vaxtında çatdırır. Pozitiv və bol enerji ilə işə davam..!
Əlaqə nömrəsi: (055) 351-17-49