Nəqliyyat məsələləri üzrə Ekspert, Nəzəriyyə və Təlimçi İlahə Əhmədova: "Savadlı sürücülər yetişdirmək əsas iş prinsipimdir"

- İlahə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim atam da təlimçi olub. Qardaşım olmadığı üçün kişi işlərinə meyilli olmuşam. Atama baxmışam və onun yolunu davam etməyə qərar vermişəm. Avtomobil idarə etməyə çox böyük həvəsim olub. Ona görə də bu sahəni seçdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Sürücülük vəsiqəsi əldə etmək istəyənlərə nəzəri dərslər keçirəm, onları imtahana hazırlayıram. Həm də təlim dərsləri verirəm.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- On səkkiz yaşından yuxarı olan bütün yaş qrupları ilə çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mükəmməl dərs keçib savadlı sürücülər yetişdirmək əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox nəzəri dərslərlə və təlimlərə bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə yox deyirsiniz?
- Savadsız sürücü olmağa və rüşvətlə sürücülük vəsiqəsi ağlamağa yox deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq gülərüz və səmimi biriyəm. Amma işimdə sərt və tələbkaram.
- Ailəlisinizmi?
- Qızımın artıq on dörd yaşı var. "Mələk" sürücülük kursumuz da qızımın adı ilə bağlıdır.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, nəzəri bilikləri mükəmməl öyrənsinlər. Kurslara gedə bilmirlərsə, internet vasitəsi ilə öyrənə bilərlər.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu işin bu qədər çətinliyinə dözə biləcəyim ağlıma gəlməzdi. İşimi sevdiyim üçün buna dözdüm və istədiyim yerə qədər gəlib çatdım. Nəqliyyat məsələləri üzrə Ekspert, Nəzəriyyə və Ekspert Təlimçi adına layiq görüldüm. Bundan sonra yeni uğurlar əldə etmək üçün öz üzərimdə çalışıram.
Əlaqə nömrəsi: (051) 686 45 25
Instagram:@melek.suruculuk.kursu