Pedaqoq, IGCSE fizika və riyaziyyat müellimi Yeganə Bəkirova: " Mənim üçün vacib olan şagirdlərimin uğurlarıdır"

- Yeganə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan arzum müəllim olmaq idi. Uşaqlarla işləməyi çox sevirəm. Özüm pedaqoq ailəsində doğulmuşam. Nənəm, babam, anam, xalalarım, əmilərim pedaqoqdurlar. Yəqin ki, bu həvəs mənə onlardan keçib. Uğurla Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdim və şagirdlərin sevdiyi bir müəllimə olmağa nail olduğuma görə çox xoşbəxtəm.
İşimi çox sevirəm və ona həvəslə, sevgi ilə yanaşıram.
- Neçə ildir ki, bu sahədəsiniz?
- On beş ilə yaxındır ki, bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İstanbul liseyində ingilis bölməsinin Science Department müdiriyəm və böyük siniflərdə ingilis bölməsində IGCSE fizika, orta siniflərə isə riyaziyyat fənnini tədris edirəm.
- Sizin üçün vacib olan nədir?
- Bir pedaqoq kimi mənim üçün vacib olan şagirdlərimin uğurlarıdır. Onların uğurları liseyimizin uğurlarıdır. Əas olan sevgi və qayğıdır ki, şagirdlərimi sevirəm və onlar tərəfindən sevildiyimə də əminəm.
Ana kimi isə əlbəttə ki, övladlarımın uğuru məni çox sevindirir. Oğlum Anar Hüsizadə bu il İstanbul liseyinin 11-ci sinfini bitirir. Təhsilini xaricdə davam etmək istəyir. Əminəm ki, İstanbul liseyinin şagirdi olaraq və İstanbul liseyinin oğluma verdiyi təhsilə güvənərək oğlum istədiyi universitetə daxil olacaq. Qeyd edim ki, o, Azərbaycanda yaşca ən kiçik abituriyentdir. Yaşının 15 olmasına baxmayaraq, mən bir ana kimi inanıram ki, oğlum həyatda istədiyi bütün məqsədlərinə çatacaq. Oğlumda olan bu güvənə və uğurlu təhsilinə görə İstanbul liseyinə teşekkür edirəm.
- İndiki şagirdlərin bilik səviyyəsi sizi qane edirmi?
- Elbəttə, qane edir. Əslində şagirdlərimiz çox həvəslə oxuyurlar. Fikirləşirəm ki, əgər dərsə həvəs və maraq varsa, onların bilik səviyyələri də yüksək olacaq.
- Bir mütəxəssis olaraq nəye "yox" deyirsiniz?
- Bir mütəxəssis olaraq təhsildə sərtliyə və şagirdlərə qarşı kobud davranışlara yox deyirəm. Mənim fikrimcə, pedaqoq şagirdləri anlamalıdır və onlarla dost olmağı bacarmalıdır. Uğurlu təhsil müəllim-şagird münasibətlərinin düzgün olmağından asılıdır.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq səmimi və mülayim biriyəm. Amma sərt tərəflərim də var.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Anar və Ayan adında iki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara demək istəyirəm ki, hər zaman inkişaf etməyə çalışsınlar. Həyatda olmayacaq deyə bir şey yoxdur. İnkişaf varsa, uğur hər zaman sizinlədir. İnsan istəsə, həyatda hər şeyə nail ola bilər. Hamıya uğurlar arzulayıram.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki, mən şagirdlərimi bu qədər sevəcəm və eyni zaman onlar tərəfindən bu qədər seviləcəyəm. Buna görə özümü çox xoşbəxt sayıram.