Bakı İstanbul Liseyinin tədris müdiri Aytac Şəfiyeva: "Bu peşənin həyatımın bir parçasına çevriləcəyi ağlıma gəlməzdi"

- Aytac xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən uşaq vaxtlarından istəmişəm ki, auditoriyada çıxış edim. Məqsədim sırf müəllim olmaq deyildi. Sadəcə olaraq, öyrəndiklərimi kimlərləsə paylaşmaq istəyirdim. Heç vaxt kamera qarşısında çıxış etməkdən utanmamışam. Tələbə vaxtı bir çox debatlarda iştirak etmişəm. Bir sözlə, fəal olmuşam. O istəyim də məni "Bakı İstanbul" liseyinə gətirib çıxartdı.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Bu lisey beş ildir fəaliyyətdədir. Mən də beş ildir ki, burada çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Sagirdələrə tədris etməklə yanaşı, onlara bir bacı, bir yaxin rəfiqə kimi davranmaq əsas iş prinsipimdir. Çünki mənim üçün müəllim olmaq hansısa bir fənni mükəmməl bilmək deyil, uşaqlara toxunmağı, onların problemlərini gözlərindən görməyi bacarmaqdır. Mənim də əsas iş prinsipim budur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Mən həm məktəbdə müdir müavini olaraq çalışıram, həm də iki ildir ki, təlimlərlə məşğul oluram. Beş yüzdən çox təcrübəçilərə təlimlər keçmişəm. Bəzi xanımlar olur ki, ailə-məişət qayğılarına görə işləyə bilmirlər. İş həyatlarına gec qatılırlar. Pedaqoji sahədə də ildən-ilə yeniliklər olduğuna görə, onlar bu yeniliklərlə ayaqlaşa bilmirlər. Biz onlara təlimlər keçirik. Sinfin idarə olunması, dərs planın hazılanması və s. məsələrlə bağlı məlumatlar veririk. Onların öz karyəralarını qaldıqları yerdən davam etməkləri üçün əlimizdən gələni edirik.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Mən şagirdlərə qarşı psixoloji şiddətə qətiyyən "yox" deyirəm.
- Öz sahəniz üzrə hansı işləri
- Mən bu məktəbdə beşinci sinifdən yuxarı Azərbaycan, rus, ingilis bömlələrinin rəhbəriyəm. Müəllimlərin tədris planları, onların işə qəbulu, imtahanların hazırlanması, keçirilməsi, yoxlanılması, əlavə dərslərin tətbiq olunması, valideyn iclaslarının təşkil olunması və s. işləri icra edirəm. Bir sözlə, beşinci sinifdən yuxarı bütün şagirdlərin təlim-tərbiyə işləri ilə mən məşğul oluram.
- Xarakter olaraq necə birisiniz?
- Mən yeri gəldikdə yumuşaq, yeri gəldikdə isə sərt xarakterə malik biriyəm. Məktəbdə uşaqlar məndən qorxmurlar. Onlar mənim onlarla münasibətimi kəsməyimdən, kusməyimdən. ehtiyat edirlər. Mən də onlara güvənirəm, inanıram. Şagirdlərimin mənafeyini hər şeydən üstün tuturam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Müəllim olmaq istəyən gənclərə məsləhətim budur ki, təkcə dərs deməyə kökləməsinlər. Usaqların əhvalını, problemini öyrənməyə çalışınlar. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, belə olduqda bir çox xoşagəlməz hadisələrin də qarışısı alınmış olur.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu peşə mənim həyatımın bir parçasına çevriləcək.
Əlaqə nömrəsi: (050) 261 34 22