Pedaqoq Vüsalə Cavadova: "Tələbələrimə bacardığım qədər xidmət göstərməyə çalışıram"

- Vüsalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyim uşaqlıqdan arzum olub. Yəni ki, təsadüfi seçilməyib. Məncə, insan üçün ən böyük uğur öz arzusu üzrə təhsil alıb işləməkdir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Universiteti bitirdiyim 2008-ci ildən etibarən müəllim işləyirəm. Müxtəlif kurslarda fərdi və qruplar şəklində dərs keçirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kompüter müəllimi işləmişəm. Hazırda isə Mental Arifmetika sahəsində dərs keçirəm. Qeyd edim ki, əvvəllər yalnız əyani dərs keçirirdim. Hazırda isə həm əyani, həm də online şəkildə dərs keçirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar şagirdlər arasında Mental Arifmetikaya daha çox istək və tələbat müsahidə edirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Tənbəlliyə və nizam-intizamsızlığa hər zaman "yox" demişəm.
- Xarakter olaraq necə birisiniz?
- İşimlə əlaqədar olaraq səbrli və yaxşı dinləməyi bacaran biriyəm. İnsanlara və öz tələbələrimə bacardığım qədər xidmət göstərməyə çalışırıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görərdim ki, çox çalışsınlar və yeniliklər axtarsınlar. Zaman çox dəyərlidir. Zamanın qədrini bilsinlər.
Əlaqə nömrəsi: (051) 676 02 24