Məşqçi, müəllim Anar Heydərquliyev: "Gənclərə idmanı sevdirmək əsas iş prinsipimdir"

- Anar müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?
- İdmana marağım uşaqlıq illərindən olub. Ona görə də bu sahəni seçdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 1996-cı ildən etibarən idmanla məşğul oluram. Hal-hazırda "Vətən kikboksinq" klubunun rəhbəriyəm. Həm də Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin fiziki tərbiyə müəllimiyəm. İşimi və pəṣəmi çox sevirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Gənclərə idmanı sevdirmək və onlara idmanın sirlərini öyrətmək əsas iş prinsipimdirm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Müxtəlif yarışlar və seminarlar təşkil edirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Azərbaycan Kikboksinq Federasiyasının əsas devizi belədir - Narkomaniya və Uşaq Cinəyatkarlığına "yox" deyirik.
- Xarakter olaraq necə birisiniz?
- Mən prinsipal insanam. Öz məqsədlərimə və hədəflərimə çatmaq üçün daima öz üzərimdə çalışıram.
- Ailəlisinizmi?
- Ailəliyəm, iki övladilım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, idmanla məsğul olsunlar. İdmandan ayrılmasınlar.