Alternativ psixoloq, Yaşam koçu Cəmilə Yaşarqızı: "İnsanları düzgün olmayan düşüncələrdən azad etmək əsas iş prinsipimdir"

- Cəmilə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ixtisasca həkim pediatram. Uşaqlıqdan həkim olmaq, insanlara şəfa vermək arzum olub.Artıq instut illərindən insanın fiziki bədəni ilə yanaşı, psixologiasını daha dərindən öyrənməyə marağım artdı. Ona görə də, psixologiyanı seçdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 8 ildir ki, psixoloq kimi fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim insanları düzgün olmayan düşüncələrdən azad etmək, sağlam ruh və şüuraltını düzgün yönəldə bilməyə kömək etməkdir.
- Bir neçə sahə ilə məşğul olursunuz. Daha çox hansına üstünlük verirsiniz?
- Həkim, psixoloq, yaşam koçu və Alternativ psixologiya. Bir-biri ilə əlaqəli olduqları üçün, mənim üçün hərəsinin özünə məxsus yeri var.
- Hansı yaş qurupları ilə işləyirsiniz?
- Həm uşaq, həm də böyüklərlə işləyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Böyüklər ailə daxili münaqişələr, uşaqlar isə ailələrindən aldığı travmalardan dolayı özünə qapanma və qorxular ilə bağlı daha çox müraciət edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis olaraq şiddət, təcavüz və valideyinlərin arzulayıb lakin reallaşdıra bilmədiyi xəyallarını, məcburən uşaqlarına tədbiq etməklərinə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Sakit, səbirli, məksədyönlü biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxucularımıza fiziki sağlamlıqlarının qeydinə qaldıqları kimi, psixoloji sağlamlıqlarınında qeydinə qalmağı məsləhət görərdim.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma belə gəlməzdi ki, pasientlərdən eşitdiyim həyat hekayələri bu qədər acımasız, ürək ağrıdan olacaq.
Əlaqə nömrəsi: (050) 558 06 05