"BB beauty" nin rəhbəri, vizajist, lazeroloq Ülviyyə Babayeva: "Bu işdən bu qədər zövq alacağım ağlıma gəlməzdi"

- Ülviyyə xanım, necə oldu ki, bu peşəyə gəldiniz?
- Biz ailədə üç uşaq olmuşuq. Mən polis olmaq istəyirdim. Atam məni bu sahəyə yönləndirdi. Həm bu sahə üzrə, həm də tibb bacılığı kursuna yazdırdı və dedi ki, iki peşədən birini özün seçərsən. Mən bir il səkkiz ay kursa getdikdən sonra bu sahəyə marağım yarandı və seçimimi etdim. Kursu bitirdikdən sonra öz işimi, öz biznesimi qurdum və bitirdiyim kursun rəhbəri oldum. Bütün şagirdlərim yaşca məndən böyük idi. Müştərilərim həddindən artıq çox idi. Eyni zamanda dörd işdə işləyirdim. Səhər 7-də televizya, saat10-da salonu açırdım, 2-dən 4-ə kimi dərs deyirdim və firmalarla işləyirdim. Bu işlərdən sonra isə müştərilərin evlərinə də gedib işləyirdim. 17-18 yaşında bir xanımın dörd işi bir arada idarə etməsi böyük bacarıq istəyir. Ümumiyyətlə, rayonda çox tanınmış bir usta idim. Tələbələrim də var idi. Hətta mənim üçün salon açmaq istəyənlər də olurdu. Daha sonra ailə qurdum, Bakıya gəldim. Burada da bir çox tanınmış yerlərdə işlədim. Hal-hazırda isə bacımla birlikdə öz salonumuzu idarə edirik.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On yeddi ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mənim əsas işim vizajistlikdir. Saç yığımı və makiyaj edirəm. Eyni zamanda lazer epilasiyası ilə də məşğul oluram.
- İş prinsipiniz nədən ibarətdir?
- Müştərilərimin hər bir halda məndən razı getməsini təmin etmək əsas iş prinsipimdir.
- Xanımlar sizdən daha çox nə istəyirlər?
- Daha çox rəng çalarları ilə bağlı müraciət edirlər.
- Xarakter olaraq necə birisiniz?
- Çox mehriban və pozitiv biriyəm. Sadəliyə üstünlük verirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, özlərinə qıysınlar. Özlərinə qulluq etmək üçün pul xərcləməyə əlləri gəlsin. Həmişə baxımlı olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu iş mənim həyatımın bir hissəsinə çevrilər və mən bu işdən bu qədər zövq alaram.
Əlaqə nömrəsi: (055) 550 21 71 (Whatsapp)