Cərrah-proktoloq Xalidə İsgəndərova: "Babasil xəstəliyi olanların əsas şikayəti qanaxmadır"
- Xalidə xanım, babasil(hemoroid) xəstəliyi nədir?
- Babasil(hemoroid)xəstəliyi insanlar arasında geniş yayılmış xəstəliklərdən biridir. Bu xəstəliyin əsas səbəbləri - qəbizlik vəya ishal, tualetdə uzun müddət oturma və gücənmə, ani və ya müntəzəm ağır fiziki gərginlik, ədviyyatlı qidalar və alkaqollu içkilər, hamiləlik və genetik faktorlardır.
- Babasil(hemoroid)xəstələri hansı şikayətlərlə sizə müraciət edirlər?
- Xəstələrin əsas şikayəti qanaxmadır. Qan defikasiya aktından sonra ya damcı şəkilində, yada tualet kağızının üzərində al qırmızı rəngdə olur. Xəstələr defikasiya aktı zamanı çölə çıxan və əl ilə hiss olunan şişkinliyin olmasını qeyd edirlər.
- Hansı yolla müayinə edilir?
- İlk olaraq vizual baxış olur, daha sonra digital müayinə( barmaqla ), anaskopla və ehtiyac olarsa total yoğun bağırsaq müayinəsi kolonoskopiya tövsiyyə olunur. Birinci və ikinci mərhələdə olan babasil düyünlərinə bant liqasiya( kompresion hemoroidektomiya) icra edilir. Üçüncü və dördünçü mərhələdə olan babasil düyünlərini ligasure ilə hemoroidektomiya əməliyyatı icra edirik. Qeyd edim ki, elə bir şam və ya maz yoxdur ki, babasil (hemoroid) xəstəliyini tamamilə sağaltsın.
- Bu xəstəliyin sağalma müddəti nə qədərdir?
- Xəstə əməliyyatdan sonra 1-1.5 ay müddətində bizim nəzarətimizdə olur. İki həftə oturmamağı və bir müddət onlara xüsusi pəhriz proqramı ilə qidalanmağı məsləhət görülür.
- Əməliyyat olunan pasientlərdə yenidən babasil problemi yarana bilərmi?
- Əgərə pasient peşəkar həkim-cərrah tərəfindən əməliyyat olunarsa və xəstə əməliyyatdan sonra müvafiq qayda və həkimin tövsiyyələrinə əməl edərsə, yaranma ehtimalı yoxdur.
Əlaqə nömrəsi: (050) 337 67 62