Kolorist - saç, keratin ustası Aytən Ağayeva: "İşim düzgün yerinə yetirmək əsas iş prinsipimdir"

- Aytən xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaq vaxtından bu sahəyə marağım olub. Düzdür, evden razı olmasalar da, qohumda-tanışda, qonşuluqdakı xanımlar saçlarına əl gəzdirmək üçün mənə müraciət edirdilər. Özüm tibb məktəbini bitirmişəm. Amma bu peşə məni özünə çəkdiyinə görə bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 22 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizi üzrə hansı işləri icra edirsiniz?
- Daha çox saç kəsimlərini icra edirəm.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər edirlər?
- Müraciətlər fəsillərə görə dəyişir. Yay aylarında daha çox açıq saçlar istəyirlər. Hal-hazırda isə düz saçlara tələbat daha çoxdur.
- İş prinsipiniz nədən ibarətdir?
- İşim düzgün yerinə yetirmək əsas iş prinsipimdir.
- Tələbələrimiz varmı?
- Bəli, var. Onlar özləri də indi sərbəst şəkildə işləyirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Müştəriləri aldatmağa qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Lazım olanda sərt, lazım olduqda isə mülayim ola bilirəm.
- Əvvəlki illərə nisbətən bu sahədə indi hansı dəyişiklikləri müşahidə edirsiniz?
- İndi ustalar daha çox kimyəvi maddələrlə işləyirlər.
- Xanımlara nə məsləhət görürsünüz?
- Öz xanımlıqlarını qorusunlar. Öz gözəlliklərinin qeydinə qalsınlar. Bir də ki, hər kəslə öz dilində danışmağı bacarsınlar.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma nə gəlirdisə, o da başıma gəldi. Bir gün bu sahədə uğur əldə edəcəyimə inanırdım.
Əlaqə nömrəsi: (055) 248 87 20