Rus-dili və ibtidai sinif (rus bölməsi) müəllimi Fatimə Məmmədova: "Tələbələrimlə dost olmaq əsas iş prinsipimdir"

- Fatimə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyimdə atamın böyük rolu olub. O da rus-dili müəllimidir. Bir də ki, uşaqlıqdan sevdiyim bir müəllimim var idi. Onun da rolu az olmadı. Qeyd edim ki, əvvəl jurnalist olmaq istəmişəm. Amma ailəmin narazılığına görə, pedaqoq olmaq qərarına gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildir ki, bu sahədə çalışıram.
- İş pirinsipiniz nədən ibarətdir?
- Tələbələrimə dost olmaq əsas iş prinsipimdir.
- Bir şagirdin rus-dilini tam mənimsəməsi üçün nə qədər müddət lazımdır.
- Bu, hər adam üçün individualdır. Şagirdin götürmə qabiliyyətindən asılıdır. Tam bilmək üçün bir neçə ilə lazımdır. Rus-dili elə bir dildir ki, o dili öyrənmək üçün dil "sınmalı"dır. Ona görə də bu dili öyrənməyə uşaqlıqdan başlamaq məsləhətdir. Ümumiyyətlə, yaxşı çalışmaq şərti ilə bir ilə müəyyən bir səviyyəyə gəlib çatmaq olar.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Heç bir yaş məhdudiyyəti yoxdur. Bütün yaş qrupuna aid olanlarla çalışıram.
- Bu sahədə gormək istədiyiniz, amma görə bilmədiyiniz nədir?
- Rus-dilinə indi həvəs çox azalıb. Bunu da normal qarşılayıram. Çünki hər dilin öz dövranı var.
- Xarakter olaraq necə birisiniz?
- İşdənkənar çox pozitiv biriyəm. Gəzməyi, əylənməyi çox sevirəm. Amma iş vaxtı çox ciddi oluram.
- İşinizin çətin tərəfi nədir?
- Sinifi idarə etmək çox çətindir. Bunu hər pedaqoq bacarmır. Müəllimin üzündə az da olsa zəhm və uşaqlarla dost olmaq bacarığı olmalıdır. Hər ikisini balanslaşdırmaq lazımdır. Bir de ki, məncə, müəllim olmurlar, müəllim doğulurlar.
- Şagirdlərə nə məsləhət görürsünüz?
- Nə qədər çox dil bilsəniz, o qədər yaxşıdır. Bir də ki, çalışın zamanında öyrənin. Çünki sonra çox çətin olur.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, müəllimlərin məvacibi bu qədər az olar.
Əlaqə nömrəsi: (070) 252 51 61