Psixoloq Ülviyyə Məmmədova: "Psixoloq adının haqqını vermək əsas iş prinsipimdir"
Ülviyyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
Hər bir insan özünə peşə seçəndə həmin peşə ilə uyğunluq axtarmalıdır. Xüsusən də psixoloq olmaq istəyən hər kəs diqqətlə yanaşmalıdır. Bu peşənin məsuliyyətini, həssaslığını anlamalıdır. Mən bu peşəni yalnız sevdiyim üçün yox sevmək azdır. Mən bu peşəni, peşənin də məni tamamlayacağını bilirdim. Buna görə də bu sahəni seçdim.
Neçə müddətdir ki, bu sahədəsiniz?
Uzun illərdir ki, bu sahədə çalışıram.
Bir psixoloq olaraq nəyə "yox", deyirsiniz?
Bir peşakar psixoloq kimi psixoloji problemlərlə yanaşı, insanların, xüsusilə də gənclərimizin həyatda düzgün uğurlar qazanması, sağlam addımlar atmasına yardımçı oluram.
İş prinsipiniz nədən ibarətdir?
İnsanların çətin anında yanında olmaq, psixoloq adının haqqını vermək əsas iş prinsipimdir.
Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
On yaşdan yuxarı yeniyetmələr və böyüklərlə çalışıram.
Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
Demək olar ki, bütün problemlərlə bağlı müraciət edirlər. Həyəcan-təşviş pozuntusu ilə müraciət edənlərin sayı daha da çoxalıb.
Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
Şiddətə "yox" deyirəm.
Xarakter olaraq necə birisiniz?
Səbrli, anlayışlı və tamamlanmış xarakterə sahibəm.
Ailəlisinizmi?
Bəli, ailəliyəm. Bir övladım var.
Oxuculara nə məsləhət görürsünüz?
Məsləhətim budur ki, sıxıntıya düşmədən öncə psixoloqa müraciət edin ki, sıxıntıya düşməyəsiniz.
Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
Mən bu işi seçərkən ağlıma gəlməyən heç nə olmamışdı. Belə olsa idi, mən bu gün peşakar psixoloq olmazdım.
Əlaqə nömrəsi: (050) 853 70 99
(050) 482 29 97














