Uzman Psixoloq Elnarə Məhərrəmova: "İşimdə empatiya, gizlilik və etik qaydalar mənim üçün çox önəmlidir"

Elnarə xanım, necə oldu ki, psixoloq oldunuz?
Kiçik yaşlarımda fərqli çətinliklərlə mübarizə aparan insanlara dəstək olmaq və onların həyatına toxunmaq istəyinə sahib idim. Orta məktəbin son ilində psixologiya ixtisası üzrə oxumağa qərar verdim. Psixologiya mənim bu istəyimi həyata geçirməmə bir vasitə oldu.
Psixologiya üzrə hansı təhsilləri aldınız?
Bakalavr təhsilimi Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə tamamladım. Bakalavr təhsilimi bitirdikdən sonra Türkiyədə Ondokuz Mayıs Universiteti ve Yıldız Teknik Universitetində magistratura təhsillərimi tamamladım. Eyni zamanda İstanbul Universitetində 1 illik təhsil tamamlama ilə bağlı proqramı bitirdim. Hal hazırda İstanbul Universiteti- Cərrahpaşa Universitetində, “Adli Tıp ve Adli Bilimlər” səhəsində doktorantatura üzrə təhsil alıram. Akademik təhsilimlə yanaşı, müxtəlif təlim və təcrübə proqramlarında iştirak edərək praktiki təcrübə qazandım.
Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
5 ildir ki, fəaliyyət göstərirəm.
İş prinsipini nədən ibarətdir?
İşimdə empatiya, gizlilik və etik qaydalar mənim üçün çox önəmlidir.
Öz sahəniz üzrə hansı işləri görürsünüz?
İstanbulda özəl bir psixologiya mərkəzində fərdi psixoterapiya xidməti göstərirəm. Eyni zamanda İstanbul Universiteti- Cərrahpaşa Tibb Fakültəsində nevroloji xəstəlikləri olan şəxslərlə işləyirəm. Praktiki fəaliyyətimlə yanaşı elmi işimdə psixopatologiya üzrə araştırma edirəm.
Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
Qeyri-ixtisas sahiblərinin bu sahədə psixoloq olaraq fəaliyyət göstərməyinə qarşıyam.
Xarakter olaraq necə birisiniz?
Xarakterimdə mərhəmətli və mehriban olmağım ön plana çıxır. Eyni zamanda hədəfləri uğrunda səbrlə çalışan və araşdırmağı sevən insanam.
Ailəlisinizmi?
Xeyr, subayam.
Oxuculara nə məsləhət görürsünüz?
Oxucalara ruh sağlıqlarını bakalavr təhsilini bu sahədə tamamlamış və etik prinsiblərə önəm verən mütəxəssislərə müraciət etmələrini tövsiyə edirəm.
Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
Bu işi seçəndə heç düşünməzdim ki, seçtiyim peşə həyatımda önəmli dəyişikliklərə yol açan qapı rolunda olacaq.
Instagram: psikolog.elnara