Uzman dr. Zöhrə Haşımova: "Pasientə lazımsız dərmanlar yazmağa "yox" deyirəm"
- Zöhrə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bizim cəmiyyətdə müəllimlik və həkimlik həmişə müqəddəs peşələr kimi qəbul edilib. Mənim bu peşəyə gəlməyimdə isə cəmiyyətin yox, özümün insanlarla danışmağı, onlara tövsiyyə vermək həvəsimim təsiri oldu. Valideynlərim isə məni seçimlərimdə azad buraxıblar. Məktəbi bitirməyimə bir il qalmış qərara aldım ki, həkim olacağam. Yaxşı ki, oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən Azərbaycanda Tibb Universitetini bitirdikdən sonra Türkiyədə İstanbul Universitetində "Fiziksel təbabət və reabiltasiya" ixtisası üzrə beş il uzmanlıq təhsili aldım. Bizdə buna fizeoterapiya deyirlər. Amma mən özümə fizioterapevt deyilməsini sevmirəm. Çünki bu ifadə mənim ixtisasımın imkanlarını məhdudlaşdırır. "Fiziksəl tibb və reabilitasiya” çox geniş sahədir. Hər növ əzələ və oynaq xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul oluruq. Buraya oynaq və onurğa xəstəlikləri, yumuşaq toxuma, onurğa xəstəlikləri, bel və boyun yırtıqları, bir qrup revmatik xəstəliklər və s daxildir. Bunlar işin fiziki təbabət qismidir. Reabiltasiya isə bir sıra xəstəliklər nətisində əmələ gələn xəstəliklərin fəsadlarının bərpası deməkdir. Buraya nevroloji xəstəliklər, insultlar, uşaq serebral iflicləri və bir çox əlilliklər nəticələnən bir çox xəstəliklərin müalicəsi daxildir. Bununla yanaşı, oynaqların və toxumaların bərpasını həyata keçirdən iynələrlə də müdaxilə edə bilirik.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün əsas olan bilmədiklərimi etiraf etmək və öyrənmək əsas iş prinsipimdir.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Ümumiyyətlə, əsl həkimlər heç vaxt işin maddi tərəfini bir o qədər də düşünmürlər. Mən də bu baxımdan, pasientlərə "pul kisəsi" kimi baxmağa, pasientə lazımsız dərmanlar yazmağa, onları gərəksiz əməliyyatlara yönəltməyə qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- O qədər də böyük iddiaları və prinsipi olmayan, gördüyüm işləri mükəmməl yerinə yerinə yetirməyə çalışan və çox səbrli bir insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Sağlamlıqlarının qeydinə qalsınlar və öz sağlamlıqlarını peşəkar həkimlərə əmanət etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, yaxşı həkim olmaq üçün bu qədər çətin bir yoldan keçmək lazım olacaq.
Əlaqə nömrəsi: (050) 535 97 93