Həkim-kosmetoloq Ülkər Abdulllayeva: "Aşırı dərəcədə olunan kosmetoloji prosedurların əleyhinəyəm"
- Ülkər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim atam da, babam da həkimdir. Gözümü açandan onların işlərini görmüşəm. Bu sahəyə marağım da bundan qaynaqlandı və həkim oldum. İşimi çox sevirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İneksiyon kosmetologiyaya aid bütün prosedurları icra edirəm.
- Son zamanlarda xanımlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Xanımlar indi daha çox öz təbii gözəlliklərini qoruyub saxlamaq üçün müraciət edirlər.
- İş prinsipiniz nədən ibarətdir?
- Təbiiliyi qorumaq şərtilə xanımları gözəlləşdirmək əsas iş prinsipimdir.
- Özünüz özünüzə hansısa bir prosedur edirsinizmi?
- Bəli, üzümdəki bütün prosedurları özüm icra edirəm.
- Tələbələriniz varmı?
- Hələ ki, yoxdur
- Bu sahədə sizi narahat edən nədir?
- Həkim olmayanların kosmetologiya sahəsində fəaliyyət göstərməsi məni çox narahat edir.
- Sizcə bir xanımı daha da gözəl göstərən onun hansı üzvüdür?
- Məncə, gözətrafı böyük əhəmiyyət kəsb edir. Xanımların da buna xüsusi fikir verməsi çox vacibdir.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Aşırı dərəcədə edilən kosmetoloji prosedurlara qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz gözəlliklərini tibbi savadı olan kosmetoloqlara həvalə etsinlər. Bir də ki, salon şəraitində həç bir kosmetoloji prosedur etdirməsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikir özünüz tamamlayın, zəhmət olmasa.
- Bu işi bu qədər sevəcəyim ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (055) 433 44 53