Terapevt, uroloq-androloq Aygün Məmmədova: "Ağlıma gəlməzdi ki, dünyanın hər yerindən mənə müraciət edəcəklər"
- Aygün xanım, zaman sizi hardan götürüb hara gətirdi, niyə ağ xalat geyindiniz?
- Bu istək məndə uşaqlıqdan yaranıb. Orta məktəbdə kimya dərsi keçməyə başladıqda o müəlliməmi çox sevdim və evdə də daha çox kimya, fizika, biologiyanı oxumağa başladım. Beləliklə də ailəliklə qərara gəldik ki, həkim olmalıyam. Bu gün fəxr edirəm ki, atam mənə bu yolu göstərdi, mən artıq 37 ildir ki, həkiməm və öz həkimliyimlə, savadımla qürür duyuram. Mən həm də Türkiyədə Özəl Fatih xəstəxanasında da çalışıram, ordan da hər gün zəng edirlər ki, hocam, nə zaman gəlirsiz.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiz?
- Bilirsiz ki, bütün xəstəlklər hansısa bir mikrobdan yaranır. Mən check-Up müayinə ilə xəstəlikləri yaradan səbəbləri araşdırıram. Bizə ən çox müraciət edən xroniki prostatit, uroloji-androloji problemləri olan, baş ağrıları, saçı tökülməsi, mədə-bağırsaq dəliklərindən əziyyət çəkən xəstələrdir. Bu xəstələr adətən birbaşa bizə deyil, başqa-başqa həkimlərə müraciət etdikdən sonra yanımıza gəlirlər. Artıq müayinə edib xəstəliyi yaradan səbəbləri bildikdən sonra müalicə yazıb son nöqtəni qoyuruq. Əslində ilk olaraq bizdən başlamalıdırlar, amma xəstələrin də xarakteri fərqli olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Xəstələri incitməmək. Müalicə taktikam isə xəstəliyi yaradan səbəbi bildikdən sonra mütləq təmizlənmə proqramı tərtib etməkdir. Mən Moskvada təhsil almışam, orda bizə öyrədiblər ki, tutaq ki, yanına cinsi zəiflik, prostat, qəbizlik və s. bu kimi xəstəliklərlə gəliblərsə, birinci limfa düyünlərini təmizləmək, orqanizmdə olan mikrobları, qəbizliyi aparmaq lazımdır. Müalicə taktikamıza düzgün qidalanmaq, su içmək də daxildir. Məsələn, göbələk xəstəliyindən əziyyət çəkən xəstə çörək, xəmir xörəkləri yeyə bilməz. Mən xəstəyə əvvəlcədən deyirəm ki, əgər pəhriz saxlamasan, su içməsən göbələk səndən heç vaxt getməyəcək və tam sağala bilməyəcəksən.
- Xarakter olaraq necə birisiz?
- Çox ürəyiyumuşağam, heç vaxt haqqı nahaqqa vermərəm. Ancaq hörmətsizlik, həddini aşma halları görəndə cavab reaksiya verə bilərəm, Xəstələrimə qarşı da canı yananam, bacardıqca firma dərmanları yazmamağa çalışıram. Mənim xəstələrim yanımdan çox böyük ruh yüksəkliyilə çıxırlar.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. 3 övladım, 7 nəvəm var.
- Bir həkim olaraq nəyə yox deyirsiniz?
- Atam həmişə deyərdi ki, mühəndis bir evi səhv tiksə onu sökə bilər, amma həkim səhv buraxmamalıdır. Bu çox ağır nəticələr verə bilər. Mənim müalicə etdiyim xəstələrdə sağalmamaq söhbəti olmur və şükür Allaha ki, hamısı razı gedirlər.
- Son zamanlar sizə ən çox hansı xəstəliklərlə bağlı müraciət edirlər?
- Ən çox cinsi zəiflik, erkən boşalma, sərtləşmə problemi, sperma faizinin aşağı olması, prostatiplər, gecə sidiyə getmələr, cinsi həvəsin olmaması, prostatın böyüməsi, mədə-bağırsaq qurdları və saç tökülməsilə bağlı şikayəti olan xəstələr müraciət edirlər. Bundan başqa şəkərli diabet xəstələri də gəlir və biz cinsi zəifliyi olan diabet xəstəsini elə müalicə edirik ki, şəkəri 530-dan 120-yə düşür.
- Oxuculara nə tövsiyyə edərdiz?
- Bacaradıqları qədər sağlam qidalansınlar. Xüsusilə baş ağrılarından əziyyət çəkən xəstələr xəmir xörəkləri, duzlu-istiotlu, şirin qidalardan, spirtli, enerjili içkilərdən uzaq durmalıdırlar. Kolbasa, sosiska, hisə verilmiş balıq alanda mütləq surətdə onları 5-7 gün soyuducunun buz gözündə saxlasınlar ki, tərkibində mikrob və ya qurd varsa ölsün. Bununla yanaşı həm də biz su içməliyik. Ağaca su verdikdə o həmişə yaşıl qalır, insan da sağlam qalmaq, xəstəliklərdən, xərçəng hüceyrələrindən uzaq qalmaq üçün mütləq su içməlidir.
- Gün ərzində təxminən nə qədər su içmək lazımdır?
- Normal insan gün ərzində hər 10 kiloya 400 qr, təzyiqi olan isə 200 qr su içməlidir. Məsələn, mənim çəkim 65 kq-dırsa 2 lt 600 qr, əgər təzyiqim varsa maksimum 1 lt yarım su içməliyəm. Sağlam qidalanma, sağlam su içmə, sağlam pəhriz, sağlam yuxu, sağlam idman və ya yürüyüş olsa insanlar heç vaxt xəstələnməyəcəklər. Əslində Allah insanı elə yaradıb ki, biz 120-140 il yaşaya bilərik, amma bəzən heç bu müddətin yarısını yaşaya bilmirik. Çünki düzgün qidalanmırıq, normal su içmirik. Su içən adamlar qocalmırlar, sağalam qalırlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, elə həkim olacağam ki, dünyanın hər yerindən mənə müraciət edəcəklər. Bu gün yanıma İngiltərədən, Dubaydan, Polşadan, Rusiyanın bütün şəhərlərindən xəstələr gəlir. Moskva həkimlərinin 2001-ci ildə mənə öyrətdikləri xəstəliklərin yaranma səbəblərini bildiyimə və bunula da xəstələrimi sonuna qədər müalicə etdiyimə görə fəxr edirəm. Fəxr edirəm ki, 0% spermanı 22%-ə qədər yüksəldən həkiməm. Fəxr edirəm ki, xəstəxanaların 1 aya öləcəksən dedikləri xəstəm 3-4 ildir ki, yaşayır. Fəxr edirəm ki, beyin yarımkürəsində xərçəng olan, 6 aya öləcəksən deyilən xəstəm artıq 6 ildir ki, yaşayır.
Əlaqə nömrəsi: (055) 263 67 13