Mütəxəssis pediatr Gülnar Hacıyeva: "Uşaqlara reseptsiz dərman tətbiqinə "yox" deyirəm"
- Gülnar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlmək uşaqlıqdan özümün və atamın arzusu olub. Özümü anlayan gündən ən ali məqsədim, xəyalım, hədəfim uşaq həkimi olmaqdır. Odur ki məktəbi əla qiymətlərlə bitirib yüksək balla Tibb Universitetinə pediatriya fakultəsinə qəbul oldum. Daha sonra rezidentura təhsili alıb mütəxəssis-pediatr adını qazandım. Hələ də zaman zaman yerli və xarici konfranslarda iştirak edərək, Türkiyə xəstəxanalarında staj keçərək bu sahədə biliklərimi təkminləşdirirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 10 ildir ki bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim uşaqlar və valideynləri ilə güvənli sağlam bağ qurmaqdır.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Sağlam uşağın yaşa uyğun inkişaf etaplarını izləmək, yenidoğulmuş problemləri, tənəffüs sistem, həzm sistem, endokrin sistem xəstəlikləri, allergik və infeksion xəstəliklər, qurd invaziyaları və s. müayinəsi və müalicəsi ilə məşğul oluram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Müraciətlərdən belə nəticə çıxarıram ki son zamanlar boy geriliyi, piylənmə, respirator virus xəstəlikləri, bronxit, pnevmoniya, bronxial astma, rinit, qurd xəstəlikləri ilə bağlı şikayətlər artıb deyə bilərəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakterim işimlə həmahəngdir deyə bilərəm : dəqiq, pozitiv, qayğıkeş.
- Ailəlisinizmi?
- Ailəliyəm, 2 övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Həkim kimi uşaqlara reseptsiz dərman tətbiqinə, yersiz antibiotik istifadəsinə, paketlənmiş "çöp qida" və fast food qəbuluna "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bu yazını oxuyan araşdırmacı valideynlərə məsləhətim aptekdən mütəxəssis həkim təyinatı olmadan dərman almasınlar. Psixi və fiziki baxımdan sağlam gələcəyimiz üçün uşaqları sağlam qidalandırın, profilaktik müayinələrini gecikdirməyin.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..
- Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
-Mənim ağlıma gəlməzdi ki, heç bir qan bağım olmayan bu balaca mələkləri belə çox sevər, onların sağlamlığı üçün durmadan oxuyub araşdıraram.
Əlaqə nömrəsi: (051) 361 41 17
İnstagram: dr.gulnar_haciyeva
Facebook: Pediatr Haciyeva