Həkim-kosmetoloq Səkinə Hüseynova: "İnsanların mənə olan güvənini itirməmək əsas iş prinsipimdir"
- Səkinə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkimlik peşəsinə olan marağım rəhmətlik anama olan sevgimdən yaranıb. Anam uzun illər tibb bacısı peşəsində çalışıb. Həmişə mənə necə həkim olmaq istəməsindən və gözlərində ciddi xəstəlik olduğuna görə bu arzusunun yarımçıq qalmasından danışırdı. Mən artıq 5-ci sinifdə oxuyanda onun xalatını geyinib həkim olacağıma söz verdim. Bununla yanaşı bu peşəni çox sevirdim.
Kosmetologiya sahəsinə gəlməyim isə, xanımlara olan sevgi və qayğımdan irəli gəldi. Mən gözəllik sevən və yaradıcılığa meyilli bir insan olduğuma görə özümü bu sahədə gördüm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on səkkiz ildir ki, bu sahədə çalışıram və illər keçdikcə öz işimi daha da çox sevirəm
- İş prinsipiniz nədən ibarətdir?
- İnsanların mənə olan güvənini itirməmək, xanımlara hər hansı prosedur etdikdə təbiiliyi qoruyub - saxlamaq, ifratdan uzaq olmaq, özümə rəva görmədiyimi pasientə icra etməmək əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Dəri və saç xəstəliklərinin müalicəsi, bir çox cavanlaşdırıcı (lazer cavanlaşma, biorevitalizasiya, mezoterapiya, plazmaliftinq, dolğu, pilinq və s.) prosedurlar icra edirəm.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Son zamanlar xanımlarımız daha çox dəridə quruluq, səpgilər,ləkələr və saç tökülməsi barədə müraciət edirlər.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi, dürüst və insansevər biriyəm. Lakin özümə və pasientlərimə qarşı tələbkaram. İşimdə kəmiyyətə deyil, keyfiyyətə üstünlük verirəm.
- Ailəlisinizmi?
- Bəli ailəliyəm, iki övladım var.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Məsuliyyətsizliyə və qeyri-səmimiliyə qəti surətdə "yox" deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Mən xanımlarla işlədiyimə görə, müraciətim onlaradır. Əziz xanımlar, sağlamlığınızı qoruyub saxlayın və hər zaman baxımlı və gözəl qalmağa çalışın. Özgüvənli olun. Nə qədər qayğılarla əhatələnsəz də özünüzü unutmayın. Gözəl olmayan xanım yoxdur, baxımsız xanım var. Gözəlliyinizi qeyri-peşəkarlara həvalə etməyin ki, sonra peşman olmayasız.
- Mən bu işi seçərkən ağlıma gəlmızdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sənəti seçərkən ağlıma belə gəlməzdi ki, pasientlərim tərəfindən bu qədər sevilərəm.
Əlaqə nömrəsi: (055) 322 01 61