Lazeroloq Aygün Əliyeva: "Gigyena və dəri tiplərinə çox önəm verirəm"
- Aygün xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən özüm lazer proseduruna gedirdim. Lazeroloqun səliqəli işi mənim çox xoşuma gəldi. Bu iş diqqətimi çəkdi. Qərara gəldim ki, lazeroloq olum. Bu işin incəliklərini öyrəndikdən sonra fəaliyyətə başladım. Nə yaxşı ki, bu sahəyə gəldim. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Səkkiz ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Müştərilərin hər bir halda məndən razı getməklərini təmin etmək əsas iş prinsipimdir. Bir də ki, gigyenaya və dəri tiplərinə çox önəm verirəm.
- Bəzi lazeroloqlar müştərilərə bir neçə prosedurdan sonra tüklərdən birdəfəlik azad olmağı vəd edirlər. Bu nə dərəcədə doğrudur?
- Tamamilə yalandır. Tüklər bizim dərimizdən və sudan qidalanır. Biz var olduqca, tüklər də olacaq. Ümumiyyətlə, tüklərin forması və inkişafı hər orqanizmə görə fərqli olur. Bu amilləri xüsusilə nəzərə almaq lazımdır.
- Xarakter olaraq necə birisiniz?
- Çox məsuliyyətli bir insanam. Qazancdan öncə işimin məsuliyyətini dərk edirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bir lazeroloq olaraq nəyə "yox" deyirsiniz?
- Müştərilərə yalan danışmağa, onları aldatmağa qəti surətdə "yox" deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Xanımlar yaşadıqları əraziyə yaxın olduğuna görə, öz lazeroloqlarını dəyişməsinlər. Bu, onların dərilərinə ziyandır. Lazeroloqlardan isə rica edirəm ki, heç bir müştəriyə dərəcə deməsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa
- Bu işi sevərək gəlmişəm. İllər keçdikcə bu peşəyə daha çox bağlanıram və hər zaman yeniliklər axtarıram. Nəticələriç məni çox sevimdirir. Amma ağlıma gəlməzdi ki, işini bilməyən lazeroloqlar bu sənətini bu qədər dəyərsizləşdirərlər.
Əlaqə nömrəsi: (050) 656 31 23