Loqoped Aytac Hüseynova: "Erkən müdaxilə uşaq inkişafı üçün daha yaxşı təsir edir"

- Aytac xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Kiçik yaşlarımdan uşaqlara dərs keçməyi, müəllimə olmağımı təsəvvür etmişəm. Və onu reallaşdırdım. Sağlamlıq imkanları məhdud uşaqlarla işləmək mənə zövq verir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2020-ci ildən. Artıq 4 il olacaq.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim uşaqlarla "Dost" kimi yanaşıb, valideyni ilə daimi əlaqədə olub, yeni metodlar öyrənərək, sim uşaqları korreksiya edərək, cəmiyyətə faydalı biri olmaqdır.
- Öz sahənizə üzrə hansı işləri icra edirsiniz?
- Hər gün araşdırmalar edirəm, təlimlərə gedirəm, kitablar oxuyuram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda ən çox müraciət nitq pozuntularından alaliya, afaziya, klonik kəkələmə, dislaliya.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir loqoped olaraq valideynlərin uşaqları ilə düzgün ünsiyyət qurulmamasına, hədsiz dərəcədə uşaqların telefona baxmasına yox deyirəm. Çünki bunlar uşaqda həm beyin inkişafını, həm sosial, həm də nitq inkişafını ləngidir.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq sadə, səmimi, işimi sevən biriyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim: Uşağınızın inkişafında hər hansısa problem hiss edirsinizsə mütləq şəkildə mütəxəssislərə vaxtında müraciət etməyiniz tövsiyə olunur. Çünki erkən müdaxilə uşaq inkişafı üçün daha yaxşı təsir edir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, balaca balalar, onların ailəsi tərəfindən çox sevilməyim. Bu mənim işim üçün çox böyük motivasiyadır.
Əlaqə nömrəsi: (055) 386 53 91
