Hekim-emdrterapist Sevinc Məmmədova:" Bu işi bu qədər sevəcəyim ağlıma gəlməzdi"
- Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Tibb Universitetini bitirmişəm. 2015-ci ilə qədər həkim kimi fəaliyyət göstərmişəm. Lakin sonradan psixologiya sahəsinə marağım yarandı, bu sahəni araşdırdım və psixoloq kimi fəaliyyətə başladım. Qeyd edim ki, bu yolda müəllimim Şərafət Şirinli çox dəstək oldu. Fürsətdən istifadə edib ona minnətdarlığımı bildirirəm.
- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Dörd ildir ki, bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən bir neçə terapiya növünü birləşdirərək seanslar həyata keçirdirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İnsanlara kömək etmək əsas iş prinsipimdir. Yetər ki, onlar köməyə ehtiyacları olduqda kömək istəsinlər.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Yaş məhdudiyyəti yoxdur. Bütün yaş qrupuna aid insanlarla çalışıram.
- İnsanlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər edirlər?
- Daha çox qorxular və nevrozlarla bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Mehriban və ünsiyyətcil bir insanam.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Bəzi psixoloqlar seanslar zamanı uşaqların üzünü göstərirlər. Mənə görə bu hal yolverilməzdir. Buna qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, özlərini sevsinlər. Öncəlikləri hər zaman özləri olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər yorğunluğa rəğmən bu işi bu qədər sevərəm.
Əlaqə nömrəsi: (055) 201 20 65