Pedaqoq, təlimçi Nailə Nuraliyeva: "Şagirdlərimin sevgisi və nəticələri məni xoşbəxt edir"

- Nailə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Müəllim olmağı özüm seçmişəm. Çünki gələcək nəslin təhsilində, tərbiyəsində öz payımın olmağını istəyirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 13 ildir ki, müəllim işləyirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Daima xarici ölkələrin yeniliklərini araşdırıram. Öz üzərimdə çalışıram. İşlədiyim müddətdə bir çox təlimlər və seminarlara və digər ölkələrdə olan mütəxəssislərin təlimlərində iştirak etmişəm. Hələ də öyrənməyə davam edirəm. İşlədiyim müəssisədə öz fənnimi yaxşı icra etməklə yanaşı bildiklərimi şagirdlərimə tətbiq edirəm. Onların uğurlarını görmək mənə stimul verir. Hazırlaşdırdığım şagirdlərin nəticələri isə hər zaman yüksək olub. Onu da qeyd edim ki, sertfikasiya imtahanında uğur qazanaraq ümumi təhsil müəssisələrində metodis müəllim təlimdə də iştirak etmişəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- İbtidai və yuxarı siniflərdən müraciət olunur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlərin bəzən məsuliyyətinin yox dərəcədə olmaqlarına və kiçik yaşlı uşaqların valideynlərinin əksəriyyətini şagirdlərin lazımsız olan bilikləri də bilməyə vadar etmələrinə "yox" deyirəm.
- Xakater olaraq necə birisiniz?
- Səbirli, sadə və çox güclü öyrənməyi və öyrətməyi çox sevən biriyəm. Hər işdə sonra kimi mübarizə aparıram.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deyiləm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bir şeyi xəyal edirsinizsə, sona kimi davam edin. Çox çalışan mütləq qələbə qazanır. Əzm və zəhmət bir arada olanda uğur səninlə olur.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər uğur və sevgi qazanacağam. Şagirdlərimin nəticələri və sevgisi məni xoşbəxt edir və mənə daha da çox əzmlə çalışmağa stimul verir. Cəmiyyətə yararlı, savadlı və vətənpərvər şəxsiyyətlər yetişdirdiyim üçün çox xoşbəxtəm.
Əlaqə nömrəsi: (051)230 58 75