Dr.kosmetoloq Pəri Xaspulatova: "Xanımların üz cizgilərini dəqiq görə bilirəm"

- Pəri xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən uşaqlıqdan gözəllik vurğunu olmuşam. Ona görə də, kosmetoloq olmaq qərarına gəldim. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bütün kosmetoloji prosedurları icra edirəm.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox botoks və dolğu ilə bağlı müraciətlər olur.
- Bəs özünüzün ən sevdiyiniz prosedur hansıdır?
- Daha çox dodaq dolğusunu sevirəm.
- Özünüzə hansısa prosedurları edirsinizmi?
- Bəli, edirəm.
- Sizin özünuzə məxsus olan bir iş prinsipiniz varmı?
- Mən xanımların üz cizgilərini çox dəqiq görürəm. Bəlkə də fərqli cəhətim budur.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Süni dolğulara qəti surətdə "yox" deyirəm.
- Tələbələriniz varmı?
- Hələ yoxdur, amma tələbə götürmək fikrim var.
- Xarakter olaraq necə birisiniz?
- Çox məsuliyyətli və dəqiq bir insanam. Mənim üçün ən vacib məqamlardan biri budur.
- Xanımlara nə məsləhət görürsünüz?
- Çalışsınlar ki, hər bir proseduru öz qədərində etsinlər və təbiiliyi qorusunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən xanımların gözəlliklərinə bu qədər gözəllik qata bilərəm.
Əlaqə nömrəsi: (055) 895 66 61