Vizajist Hürüxanım Məmmədova: "Müştərilərimizi razı salmaq əsas iş prinsipimzidir"

- Hürüxanım xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu yerə öz zəhmətimlə, ailəmin və müəllimlərimin dəstəyi ilə gəlmişəm. Hal-hazırda Hürüxanım studiyanın rəhbəriyəm. Gəlinlik evi və lazer məkəzimiz var. Mərkəzimizdə xanımlara hər cür qulluq edilir. Biz də onları hər zaman razı salmaq üçün əlimizdən gələni edirik.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Qurduğum bütün işlər üzrə müraciətlər çox olur. Gəlinlik, gəlin bəzədilməsi, lazer və s. Qeyd edim ki, biz ən son lazer aparatından istifadə edirik. Ona görə də, xanımlar bizdən çox razı qalırlar.
- İş prinsipiniz nədən ibarətdir?
- Müştərilərimizin hər bir halda bizdən razı getməsi üçün əlimizdən gələni etmək əsas iş prinsipimdir.
- Xarakter olaraq necə birisiniz?
- Güclü biriyəm. Bir də ki, hər zaman yaxşılıq etməyi sevən insanam. Bu xarakterimi çox sevirəm.
- Ailəlisinzmi?
- Ailəliyəm, bir qızım var.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu yerə qədər gəlib cataram və bu qədər uğur əldə edə bilərəm. Yaxşı ki, bu sahədəyəm. Özümü çox xoşbəxt hesab edirəm.
Əlaqə nömrəsi:
(099) 876-99-10
055-876-99-10
Instagram:
@huruxanim_studio
@makeupbyhuruxanim
@huruxanim_gelinlik_evi
@lazer_zaqatala.hs