Ailə danışmanı, şüuraltı və bioenerji mütəxəssisi Günay Çelik:

- Günay xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim ilk təhsilim pedaqoqdur. İbtidai sinif muəllimliyini oxumuşam. Ama heç vaxt özümü müəllim kimi görmürdüm. Ona görə də o sahə üzrə işləmədim. Mən həmişə uşaqlıqdan kainatın və insanın yaradılışı ilə bağlı özümə suallar verirdim və analiz edirdim. Hər zaman yaşıdlarımdan fərqli düşünürdüm. Bu sualların cavabını sonra oxuduğum kitablarda tapmağa başladım. İnsanın sirri elə insanın özündədir və bu da məni insan psixologiyasını öyrənməyə sövq etdi. Bundan sonra isə mən ikinci təhsilimi psixoloq kimi amlaq qərarına gəldim. Türkiyədə bu sahə üzrə təhsil aldım. Bununla yanaşı, şüuraltı simvol dili, şüuraltı dəyişim və yenidən kodlama, bioenerji, nlp və s. sahələr barədə də təlimlər aldım və bir cox seminarlara qatıldım. Beləliklə, cavabını tapa bilmədiyim sualların cavabını tapmağa başladım. Bu da məndə bu sahəni davam etdirməyə həvəs yaratdı.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 2013-cü ildən bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Ailə danışmanı, yəni ailə psixoloqu, süuraltı kodların dəyişdirilməsi, bioenerji, şəxsi inkişaf koçu olaraq fəaliyyət göstərirəm.
- Son zamanlarda sizə daha çox hansı yaş qrupuna aid insanlar müraciət edirlər?
- Mən həm Azərbaycanda, həm də Türkiyədə işləyirəm. Son zamanlar ailədaxili münaqişələr çox artıb və bu da insanların daha çox çarələr axtarmalarına səbəb olur. Bu baxımdan, çox müraciət edən insanlar var. Mən də ailə danışmanı olaraq hər iki tərəfi ayrı-ayrılıqda dinləyib, sonra onların bir-birləri arasında bir korpu rolu oynayıram və şükürlər olsun ki, mənə müraciət edən onlarla cütlükdən hər birinin evliliyi boşanma olmadan gözəl şəkildə davam edir. Bundan başqa, insanların həyatında, işində, sağlamlığında baş verən neqativ hadisələrin şüuraltı sebeblerini tapib onlari müsbət yöndə dəyisib yeni kodlar yazdıqdan sonra onların həyat keyfiyyəti yüksəlir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İnsan öz həyatının məsuliyyətini başqalarına yükləməyə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Əvvəlki Günayla indiki Günay arasında çox fərq var. Əvvəl daha tələskən və stressli idim. İndi isə səbrli, təmkinli, empati qurmağı bacaran və hər şeyi olduğu kimi qəbul edən biriyəm.
- Ailəlisinzmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə mələhət görürsünüz?
- Hər yaşda və hər zaman dəyişmək mümkün olduğunu demək istəyirəm. Yetər ki, insan həyatındakı problemləri görə bilsin. Özünü tapsın və həyatının bütün məsuliyyətini öz üzərinə götürsün. Onda əsl xoşbəxciliyi mütləq tapacaq.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, özünüz və yaşadığı həyatı dəyişməyə meylli olan bu qədər insanla çalışacağam və onların həyatına toxunacağam. Buna görə də özümü çox xoşbəxt hesab edirəm.
Əlaqə nömrəsi: (05) 318 41 31
+90545 486 10 25