Life coach Alya İsmayılova xəstəliklərin ruhsal səbəblərindən danışdı

- Xəstəliklərin ruhsal səbəbi nələrdir?
- Xəstəliklərin deyərdim ki, 90 faizi infeksion yolxucu xəstəliklər kimi bəzi xəstəlikləri çıxmaq şərtilə, ruhsal səbəblərdən yaranır. Biz həyat boyu müxtəlif hadisələr yaşayırıq, əsəb, stress, depressiya keçiririk, ayrılıq, xəyanət, ölümlə üzləşirik və s. Bu zaman yaranan duyğularımız bizim eterik bədənimizə sirayət edir, əyər ki, bu duyğuların öhdəsindən eterik bədəndə gələ bilməsək, o zaman onların fəsadları xəstəlik olaraq fiziki bədənimizdə təzahür edir. Hər xəstəliyin öz duyğusal səbəbi var. Bir iki misal çəkmək istəyirəm, məsələn: bütün dəri xəstəliklərinin əsas ana səbəbi ayrılıq travmasıdır, qızdırmanın səbəbi sevgi əksikliyi, mədə xəstəliklərinin əsas səbəbi isə hər hansı sözü və ya hadisəni qəbul etmək məcburiyyətində qalmaq, amma həzm edə bilməmək və s.
- Daha çox hansı yaş qrupuna aid insanlarda müşahidə edilir?
- İstənilən yaş qrupuna aid insanlarda, çünki hər yaşda xəstələnir insan, uşaqlardakı xəstəliklər onların valideynləri nin, əsasən də analarının yaşadıqları travmalarla əlaqəli olur çox zaman.
- Müalicəsini hansı üsullarla aparırsınız?
- İlk öncə, travma müəyyən olunur, sonra ona uyğun seans tətbiq edilir.
- Nəticələri neçə müddətdən sonra əldə edirsiniz?
- Nəticələrin müddəti müxtəlif olur, fərdə görə dəyişir, minimum 21 gündən sonra nəticə görənlər də var, bir neçə aydan sonra da.
- Sonda bu mövzu ilə əlaqədar nə demək istəyirsiniz?
- Sonda qeyd etmək istərdim ki, insanlar duğularını vaxtında fərqinə vararaq idarə etməyi öyrənsələr, xəstəliklərə tutulmazlar. Unutmayın, hər şey zehində başlar və zehində bitər!
Oxuculara daim sağlam həyat sürməyi arzu edirəm.
Əlaqə nömrəsi: (070) 384 34 28