Psixoloq Məmmədova Gülnarə İlqar qızı: "Canlılara qarşı şiddətə "yox" deyirəm"

- Gülnarə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən uşaq vaxtı kitab oxumağı çox sevirdim. Başqa insanların necə yaşadıqları və onların duyğuları həmişə mənim üçün maraqlı olub. Onlar çıxılmaz vəziyyətdə qaldıqda nə edirlər? Bu və s. kimi amillər məni bu sahəyə gətirdi. Bu sahəni sevərək gəlmişəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2017-ci ildən etibarən bu sahədə fəaliyyət göstərirəm. Xüsusi qayğıya ehtiyacı olan(XQEO) uşaqlarla ABA tətbiqi davranış analizi vasitəsi ilə xüsusi təlim keçmişəm. Hazırda uşaq, yeniyetmə və yetkinlərlə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İnkişaf problemi yaşayan uşaqlar, eyni zamanda yeniyetmə və yetkinlərlə çoxsaylı terapiyalarla ilə işləyirəm. Eyni zamandan bir çox praktiki testlərin beynəlxalq tətbiqçisiyəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Uaqlarda daha çox inkişaf ləngiməsi, autizm spektr pozuntusu, qorxular, utancaqlıq yeniyetməlikdə depressiya, münasibətdəki problemlər, yetkin yaş dövründə ailədaxili problemlər, OKP, panik atak, boşanma, yas və s. məsələlər ilə bağlı müraciətlər daha çox olur.
- Xarakter olaraq necə birisiniz?
- İşimdə səbrli, dinləməyi və düzgün təhlil etməyi, empatiya qurmağı və qərəzsiz nəticə çıxarmağı bacaran biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Əkiz oğlanlarım var.
- Nəyə "yox" deyirsiniz?
- Bir insan kimi soruşursunuzsa, canlı olan hər şeyə şiddətə yox deyirəm. Əgər bir mütəxəssis kimi soruşursunuzsa, heç bir təcrübəsi və ali savadı olmayan insanların bu sahə üzrə çalışmasına qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, nə oxuyursunuza, tez-bazar oxumağa çalışmayın. Yazıçının nə yazdığını anlayaraq oxumağa çalışın. Hər bir cümləni hiss edin. Az oxuyun, amma dəyərli oxuyun.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamalayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, işimlə əlaqədar olaraq bir gün də bir nə isə yeni bir məlumat oxumasam, nə qədər geri qala bilərəm. Çünki psixologiya sahəsi sürətlə yenilənən və inkişaf edən bir sahədir. Hər gün araşdırma və mütaliə etmək şərtdir.
Əlaqə nömrəsi: (070) 251 43 41