Kundalini reiki, bioenerji, şüuraltının dili təlimçisi və tətbiq edicisi Şəmsiyyə Hüseynova: "İstədiyimiz bütün gözəl şeyləri həyatımıza gətirə bilərik"

- Şəmsiyyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Yaşam koçu bir tanışımdan seans aldım və bu seansdan sonra sanki həyatımda bir çevriliş baş verdi. Mənə şüuraltı haqqında maraqlı məlumatlar verdi və bəzi kitablar oxumağı tövsiyə etdi. Bu kitabları oxuduqdan sonra sanki həyatimda illərdir axtardığım bir şeyi tapmışdım.Türkiyədən , Azərbaycandan bir çox mütəxəssislərdən təlimlər almağa başladım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 1 ildir ki, peşəkar şəkildə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Thetahealer, şüuraltının dili, kundalini reiki, bioenerji, art terapiya, kodlama və.s kimi sahələrdə seanslar, terapiyalar aparıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Depressiya, panikatak, əsəb, stres, bədənin müxtəlif nahiyələrində ağrılar və s. problemlərə bağlı daha çox müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Mən bacara bilmirəm, edə bilmərəm sözlərinə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Mülayim, hər şeyi anlayışla qarşılayan, səbirli biriyəm.
- Ailəlisinzmi?
- Bəl, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Mən oxuculara onu məsləhət görərdim ki, insan üçün hər şey zehində başlayır və zehində bitir. Doğru, pozitiv düşüncə gücü ilə istədiyimiz bütün gözəl şeyləri həyatımıza gətirə bilərik .
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən öz ayaqlarım üzərində durub, insanların həyatına möhtəşəm toxunuşlar edəcəyim ağlıma gəlməzdi. Əgər insan istəsə, həyatda hər bir şeyi bacarar.
Əlaqə nömrəsi: (051) 913 60 77