Pedaqoq Kəmalə Rzayeva: "İş prinsipim dövlətə, millətə xeyirli bir şəxsiyyət yetişdirməkdir"

- Kəmalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Əslində tibb sahəsini seçmək fikrim var idi. Təsadüfən elə alındı ki, müəllimliyə sənəd verdim və qəbul oldum.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 35 ildir ki, bu sahədəyəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Müəllim işinin necə dəyərli olduğunu, gələcək nəsillərə necə tövhə verdiyimi müşahidə etdim. Mənim dərs dediyim şagirdlər indi qarşıma uğurlu şəxs kimi çıxırlar.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqam hansıdır?
- Valideynlə müəllim əməkdaşlığı. Müəllim səylə çalışır, həmin səyi valideyn müəllim qədər uşağının oxumağının üzərinə düşmədikdə o zaman müəllim valideyn iş birliyi alınmır.
- İş prinsipiniz nədən ibarətdir?
- Tək iş prinsipim gələcəyi dövlətə, millətə və öz ailəsinə xeyrli olan bir şəxsiyyət yetişdirməkdir.
- Xarakter olaraq necə birisiniz?
- Əslində çox mülayim və kövrək biriyəm, amma kənardan baxan məni zəhmli biri kimi görür.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, uşağın bir şəxsiyyət kimi formalaşmasına, gələcəyinə ümid ilə baxmasına ilk başlanğıc səbəb bünövrədir. Bu bünövrəni düzgün qoymaq üçün valideynlər müəllimlərlə iş birliyi etməlidirlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, həm uşağlarla sevgi bağım daha güclü olar, həm də illər sonra onlarla uğurlu şəxsiyyət kimi salamlaşaram.